23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Mahir: “Rəqibin gücü bizim üçün motivasiyadı”

“Bizi maraqlı oyun gözləyir. Rəqibin gücü bəllidir. Bu özü bizim üçün motivasiya olmalıdır. Xorvatiya kimi böyük komanda ilə qarşılaşacağıq. Həm də xalımız yoxdur. Sabah ən yaxşısını edib, xal qazanmağa çalışacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli Avro-2020-nin seçmə mərhələsində sabah Bakıda Xorvatiya ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

22 yaşlı futbolçu güclü rəqibdən xal almağın mümkün olduğunu bidirib: “Baş məşqçi söz verdi ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. İki gün əvvəl oyun keçirsək belə, Xorvatiyanın adının gəlməsi bizim üçün əlavə motivasiyadır. İlk görüşdə yaxşı mənada sensasiya edə bilərdik. Niyə də bunu evdə etməyək? Ümid edirəm ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. Qələbə qazananda hamı necə sevinirsə, uduzanda da tənqidlər başa düşüləndir. Xorvatiya və Uelslə oyunlarda bəxtimiz gətirmədi. Macarıstanla matçı da bura əlavə edə bilərəm. Erkən qollar buraxmağımız bizə pis təsir etdi. Yalnız Slovakiya ilə görüş istisnadır. Rəqibin yaxşı günü idi”.

Xatırladaq ki, sabah “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Xorvatiya matçı 20:00-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30