25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Azərbaycan yaxşı komandadır”

“Sabah ilk növbədə intizamlı oynamalı, oyuna ciddi yanaşmalıyıq. Slovakiyaya qarşı oyundakı kimi ciddiliyi qorusaq, müsbət nəticə qazanarıq. Çətin olacaq, səbrli davranmaq lazımdır. Xalsız olması rəqibin zəif olmasından xəbər vermir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsində sabah Azərbaycan millisi ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis millimizin asan rəqib olmadığını bildirib: "Oyunçularla çox söhbət etmişik, bunu sabah da davam etdirəcəyik. Azərbaycan yaxşı komandadır. Oyuna uğurlu başlamalıyıq. Əks halda çox çətinlik çəkəcəyik. Son oyunla müqayisədə çox dəyişiklik etməyəcəyik. Olsa belə, çox az olacaq.

Komanda olaraq məqsədimizi bilirik. Hədəf final mərhələsinə vəsiqə qazanmaqdır. Statistikanı ciddiyə almırıq. Fikrimcə, 15 xal toplasaq, bu hədəfə çatmaq üçün kifayət edəcək. Bütün diqqətimiz sabahkı oyunadır”.

Daliç heyətdəki itkilərin komandaya çox təsir etmədiyini də əlavə edib: "Bratislavada da bəzi itkilərimiz var idi. Əlimizdəki heyətlə matça köklənməliyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30