24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Vida: "Xalının olmaması Azərbaycanın real gücünü göstərmir"

“Bu oyuna hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Bura dünən gəlmişik. Bu gün də məşqimiz olacaq. Buna baxmayaraq, məqsədimiz qələbə qazanmaqdır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vida Avro-2020-nin seçmə mərhələsində millimizlə sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- Bir neçə il əvvəl bu komanda ilə qarşılaşmısınız. Azərbaycan yığması haqda nə deyə bilərsiniz?

- Bəli, həmin vaxt 0:0 olmuşdu. Zaqrebdə də bizə çətinlik yaratmışdılar. Rəqibin xalının olmaması onların real gücünü göstərmir. Yaxşı futbolçulardan qurulmuş komandadır. Yaxşı oyunçuları var. Sabah maksimum gücümüzü ortaya qoymalıyıq. Uels və Slovakiyaya qarşı oyundakı kimi çıxış etsək, istəyimizə çatacağımıza ümid edirəm.

- Sabah Azərbaycanın qələbəsi sürpriz ola bilərmi?

- Hazırda dünya reytinqində ikinci yerdəyik. Favoritik, qalib gəlmək istəyirik. Rəqibə hörmətlə yanaşırıq. Slovakiya ilə oyundakı performansın üzərinə bir az da əlavə etsək, qələbə qazana bilərik.

- Slovakiyaya qarşı performans dünya çempionatından sonrakı ən yaxşı oyununuz idi. Bununla razısız?

- Bəli, razıyam. Amma sabah da bizi vacib oyun gözləyir. Baş məşqçi futbolçuları sabahkı görüşə hazırlaşdırır. Çünki keçmişi artıq düşünmürük.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30