19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Rayan Giqqz: "Azərbaycan millisi çox yaxşı oyun sərgilədi"

"Çox önəmli oyun idi. İlk hissədə futbolçulardan razı deyildim. Bəziləri fiziki cəhətdən yaxşı deyildilər, səhvlər buraxdıq. Nəticədən razıyam. Amma bizim üçün asan olmadı".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu sözləri Uels yığmasının baş məşqçisi Rayan Giqqz Azərbaycan millisini evdə 2:1 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin seçmə oyununda sonra təşkil edilən mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis Azərbaycan millisinin ünvanına xoş sözlər deyib: "Beyl bu gün qol vurdu, kapitan kimi də komandanı irəli apara bildi. Çox yaxşı performans göstərdi. İlk hissədən razı deyildim. Daha yaxşı oynaya bilərdik. Azərbaycan millisi Xorvatiya ilə olduğu kimi çox yaxşı çıxış etdi. Heç də asan oyun deyildi. Matç ərzində sürətli ola bilmədik. Azərbaycan həqiqətən yaxşı çıxış etdi. Topu ortada özlərində saxlaya, əks-hücumlara çıxa bilirdilər. Bu qarşılaşamdan dərs çıxarılası məqamlar var".

Giqqz "Klubda çalışsaydınız, Azərbaycan millisindən kimisə öz komandanıza götürərdinizmi" sualına belə cavab verib: "Hansısa futbolçunu fərqləndirmək istəməzdim. Amma Azərbaycan millisinin heyətində çox yaxşı futbolçuların yer aldığını deyə bilərəm. Bu gün həqiqətən çox yaxşı oyun sərgilədilər. Heç kim Azərbaycanı zəif rəqib kimi görmür. Digər rəqiblərin diqqətdə saxlamalı olduğu komandadır. Bu gün 3 xalı böyük çətinliklə əldə etdik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30