20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Futbolçularımla qürur duyuram”

"Rəqibi təbrik edirəm. İntensiv oyun oldu, əla atmosfer vardı. Hər iki komanda yaxşı hazırlaşmışdı. Oyunun dəst-xətti öz yerində idi".

Futbolxeber.az saytının “Repor”a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda sonra təşkil edilən mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, komandası 1 xal qazanmağa layiq oyun nümayiş etdirib: "Futbolçularımla qürur duyuram. Bu gün düzgün oynadılar, vuruşdular. Bəxtimiz gətirmədi. Bir xal qazanmağa layiq idik. Həqiqətən də qəribə, bəxtsizlikdən buraxılan iki qolla buradan məğlubiyyətlə gedirik. Amma komandanın çıxışından razıyam".

Milli komanda sentyabrın 11-də Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq. Baş məşqçi artıq bu görüşə hazırlaşacaqlarını da vurğulayıb:

"Xorvatiya səfərdə 4:0 hesabı ilə qələbə qazanıb. Bunu gözləmirdim. Uşaqlara dedim ki, başa düşürəm, hamı məyusdur. Amma qarşıda matçımız var. Toparlanmalıyıq. Cavan oyunçularımızın oyununu qeyd edərdim. Ramil Şeydayev, Mahir Emreli, Bəhlul Mustafazadə və Anton Krivotsyukun adını çəkə bilirəm. Xüsusən də Bəhlul ilk dəfə belə atmosferdə meydana çıxırdı. Onun ayağında qıcolma vardı. Ona görə də bilmirdik meydana nə qədər qala bilər.

Bu səbəbdən 3-cü əvəzetməni bir az yubatmalı olduq. Belə vəziyyətlərdə adətən əks-hücumda çıxış etməliyik. Ancaq sona doğru futbolçuların irəlidə Şeydayevi dəstəkləmək üçün gücləri qalmadı".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30