20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Komanda oyuna yaxşı hazırlaşıb”

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, “Dalğa Arena”da, saat 20:30-da Slovakiya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç bu gün jurnalistlər üçün oyunöncəsi brifinq keçirib.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, o, komandasının oyuna yaxşı hazırlaşdığını bildirib:

“Komanda oyuna yaxşı hazırlaşıb. Futbolçular istəklidirlər və səbirsizliklə oyunun başlama saatını gözləyirlər. Sabah meydanda güclərindən maksimum dərəcədə istifadə edəcəklərinə əminəm. Heyətdə zədəli futbolçumuz yoxdur. Oyunçuların fiziki hazırlığı yaxşıdır, amma unutmayaq ki, 4 gün ərzində iki rəsmi oyun keçirəcəyik. Ümumiyyətlə, futbolçuların fiziki durumu nə qədər yaxşı olsa da, mən daha artığını istəyirəm. Futbolçularla mütəmadi olaraq həm fərdi, həm də komanda şəklində söhbətlər aparırıq. Onların psixoloji cəhətdən də oyuna hazır olmasına çalışırıq.  

Rəqiblərə gəldikdə, slovaklar Avropanın ən güclü yığmalarından biridir. Hazırkı komanda üzvlərini hələ Serbiya millisində işləyən vaxtdan tanıyıram. Düzdü, sabah bizə qarşı hansı heyətlə çıxacaqlarını bilməsəm də, futbolçular haqda məlumatlıyam. Onlar topu özlərində daha çox saxlamağı sevirlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30