20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Beqoviç: “Oynamaq istəyirəm”

“Mümkün olan ən yüksək səviyyədə mütəmadi çıxış etmək istəyirdim. Buna görə də “Qarabağ”ın mənim üçün yaxşı seçim olduğu görünür. Ciddi inkişafa nail olmuş tarixi klubdu”.

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qarabağ"ın yeni transferi Asmir Beqoviç öz ölkəsinin mətbuatana müsahibəsində söyləyib.

“Qarabağ”ın İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”dan icarəyə götürdüyü 32 yaşlı qolkiper yeni komandasının daxili çempionatda hər zaman kuboklar üçün yarışdığını həmyerlilərinin diqqətinə çatdırıb: “Bundan əlavə, komanda Avropada da rəqabət aparır. "Qarabağ" Avropa Liqasında çıxış edəcək. Bu ilin sonunadək işə yarayacaq çox sayda keyfiyyətli oyun keçirməyi gözləyirəm”.

Beqoviç müqaviləylə məxsus olduğu “Bornmut”da hər şeyin açıq olduğunu bəyan edib: “Bir peşəkar kimi işimi görürdüm və baş məşqçi, klubdakı digər insanlar haqqımda qərar verdilər. Həqiqət budur ki, oynamırdım və nəticədə belə bir qərar verməli oldu. Sadəcə, pul qazanmaq və ehtiyat skamyada oturmaq istəmirəm. Oynamaq istəyirəm və “Qarabağ”a getməklə qərarın yaxşı nəticə verəcəyini düşünürəm. Avropada oynayacaq və yeni təcrübə qazanacağam”.

Asmir “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını belə qiymətləndirib: “Qarabağ”ın “Linfild”lə cavab oyununu izləmişəm. Əlbəttə, nəticə qazanmaq uğurdur. Çətin qrupdayıq. “Sevilya” barədə danışmağa ehtiyac yoxdu. APOEL Çempionlar Liqasının pley-off mərhələsində "Ayaks"a çətinlik yaşadıb. “Düdelanj” isə az təcrübəyə malik komandadı. Düşünürəm ki, “Qarabağ” qrupda bütün rəqibləri ilə bacara biləcək”.

Beqoviç transfer seçimini edərkən “Qarabağ”da çıxış etmiş həmyerlisi İbrahim Şehiçlə məsləhətləşmədiyini açıqlayıb: “Hər şey bir anda baş verdi. Azərbaycanı tanıyan bir neçə adamla danışdım. “Qarabağ”ın ciddi klub, Bakının gözəl şəhər, Azərbaycanın inkişaf etmiş ölkə və diqqətçəkən mədəniyyətə sahib olduqlarını dedilər. Yəni,  yeni klubum barədə çox şey bilirəm. “Qarabağ”ın Avropadakı oyunlarını izləmişəm, yaxşı kluba gəlmişəm. Cümə axşamı (sentyabrın 5-də) “Qarabağ”a qoşulacam. Belədə hər şeyi gözlərimlə görəcəm”.

Təcrübəli əlcək sahibi millisinə dəvət alacağına inandığını da bəyan edib: “Milli komandadan əlimi üzməmişəm. Həmişə ona kömək etməyə hazıram. “Qarabağ”da mütəmadi və yaxşı oynasam, qayıda bilərəm. Uzun müddətdi bununla bağlı milli komandadan kimləsə danışmamışam. İndiki durumu bilmirəm. Lazım olsa, təbii ki, orda olacam” (“Qafqazinfo”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30