20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rauf Əliyev millimizin üzvləri ilə görüşdü

AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev "Boulevard Hotel"də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, R.Əliyev milli komandaya Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb.

Millinin baş məşqçisi Milan Obradoviç komanda adından çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib. AFFA-nın Texniki direktoru Bernhard Lippert görüşdə iştirak edib.

Xatırladaq ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, 4 gün sonra isə Gürcüstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30