19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

İstefanı bildik, bəs “Neftçi” sevgisi? (QEYD)

Dünən “Neftçi” cari mövsüm Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazandı. “Ağ-qaralar” kifayət qədər gərgin və dramatik oyunda “Sumqayıt” üzərində qələbəyə sevindi. Amma komanda mövsümdəki ilk 3 xalını azarkeş dəstəyi olmadan qazandı. “Forza Neftçi”nin komandanı boykot etdiyi hələ ilk turdan sonra məlum idi. Onların yoxluğunda matçın protokolunda qeyd olunan 1000 tamaşaçı həqiqətən də tamaşaçı idi.

Dünən “Bakcell Arena”ya toplaşan 1000 nəfər arasında “Neftçimania”nın da üzvləri vardı. Əvvəlki oyunda rəhbərliyi istefaya səslədikləri üçün tribunadan uzaqlaşdırılan “Neftçimania” üzvləri bu dəfə də dayanmadan klub rəhbərliyinin, baş məşqçinin istefasını tələb edirdilər.

Dünyanın hər bir yerində olduğu kimi, bizdə də azarkeşin klub rəhbərliyini, baş məşqçini istefaya səsləmək hüququ var. Buna görə heç kim heç kimi tribunadan uzaqlaşdıra bilməz. Amma dünənki oyunda qəribə olan o idi ki, “Neftçi” azarkeşləri bir dəfə də olsun “Neftçi”, “Neftçi” qışqırmadılar, sevimli komandalarını dəstəkləmədilər. Axı meydanda olan Kamran Quliyevin, Ceyhun Sultanovun və ya Roberto Bordinin komandası yox, sevimli komandanız, xalqın komandası - “Neftçi” idi. “Ağ-qaralar”ın adı səhv eləmiriksə, stadionda yalnız 80-ci dəqiqədən sonra səsləndi. O da sıravi tamaşaçılar tərəfindən.

Hər şey bir qırağa, bəs sona yaxın meydanda düşən dava? Adətən bu cür hallarda azarkeşlər komandanı daha çılğıncasına dəstəkləyirlər. Amma dünən bunu görmədik.

Bir daha təkrar edirik, azarkeşin “Kamran istefa”, “Ceyhun istefa”, “Bordin istefa” qışqırmaq hüququ, haqqı var. Amma axı meydanda oynayan, futbolçusuna qapaz vurulan “Neftçi” idi. Həmin anda bir azarkeş necə komandasını dəstəkləməyə bilər ki?    

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30