25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Krivotsyuk "Sumqayıt"dan üzr istədi

"Neftçi"nin futbolçusu Anton Krivotsyuk Azərbaycan Premyer Liqasının III turunda "Sumqayıt"la oyunun sonlarında iştirakı ilə  yaşanan insidentdə görə üzr istəyib.

Futbolxeber.az saytının məlumatına görə, gənc müdafiəçi bununla bağlı "İnstagram"da yazıb:

"Bütün azarkeşlərdən və rəqib komandaya aiddiyatı olan insanlardan üzr istəyirəm. Qoldan sonra bunu həddən artıq qeyd etməyimə görə üzrxahlıq edirəm. Biz hamımız insananıq, emosiyalarımız var. Ancaq xahiş edirəm ki, rəqibin futbolçularının və ya məşqçilər korpusunun ünvanına hansınsa sözləri deməyimlə bağlı insanlara yalan informasiyanı çatdırmayın. Videoyazı var, orda dəqiq görünür ki, qoldan sonra nə baş verdi. Qolun qeyd olunması vardı, söz yox. Özümü əldən buraxdım və buna müvafiq olaraq cəzalandırılacağam".

Xatırladaq ki, qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə “Neftçi” qələbə topunu vurarkən meydanda ara qarışıb. “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedərək onun başına zərbə endirib. Nəticədə Anton ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30