25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Ailton Silva: "Püşkü "Qarabağ" üçün uğurlu saymaq olar"

"Qarabağ"ın braziliyalı müdafiəçisi Ailton Silva Azərbaycan Premyer Liqasının III turunda səfərdə "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Belə asan qələbə gözləyirdiniz?

- Bilirdik ki, rəqib yaxşı formadadır, uğurlu dönəmi idi. Meydana çıxaraq istədiyimizi reallaşdırmağa çalışdıq. Qollar da gəldi.

- Hazırda milli komandaların oyunlarına görə iki həftəlik fasilə yaranır. "Qarabağ" da yaxşı formadadır, oyununu tapıb, qələbələri sıralayır. Belə olan halda, fasilə komandanıza mənfi təsir göstərməz ki?

- Yox. Əksinə, daha müsbət təsir edəcək. Fasilə yaranacaq, daha çox işləyəcəyik. Çalışmağa kifayət qədər vaxt olacaq. Çünki 2-3 gündən bri oyunlarımız olurdu. Bu üzdən çox işləməyə vaxt olmur.

- Avropa Liqasının qrup mərhələsinin püşkünü necə dəyərləndirərdin? "Qarabağ" qrupdan çıxmalıdırmı?

- Birincisi, yaxşı komandamız var. İlk növbədə bu, qeyd olunmalıdır. Püşkü də hardasa uğurlu saymaq olar. Sadəcə, hər şey istədiyimiz kimi olsa, ümid edirəm ki, qrupdan çıxa bilərik.

- "Qarabağ" Premyer Liqada çempionluğa əsas rəqib kimi  "Neftçi"ni görür?

- Hər hansı rəqib haqda danışmaq istəməzdim. Yaxşı olar ki, öz komandamız haqda danışaq. Qələbələri sıralayıb hədəflərimizə doğru gedəcəyik (Report).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30