18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Söyüşün əleyhinəyəm, olmaz”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirilən "Səbail" - "Qarabağ" oyunundan sonra brifinq keçirib.

- "Qarabağ"ın qrupa şanslarını necə dəyərləndirərdiniz?

- İnşallah, yaxşı olacağına inanıram. Qorxduğumuz yalnız "Sevilya"dı. O biri rəqiblərdən qorxmuruq. Nəsə etmək olar.

- Konkret nə?

- "Sevilya"dan ən azından 1 xal almaq olar da (gülür). Niyə də yox?!

- "Neftçi" - "Sumqayıt" matçında baş verənlərdən məlumatınız varmı? Varsa, olanları necə şərh edərdiniz?

- Hər şeydən məlumatım var. İnşallah, 3-cü gün hər şeyi, yekun nəticəni eşidəcəksiniz.

- "Bakcell Arena"dakı davayla bağlı şəxsi fikriniz nədi?

- Olmamalı idi. Olubsa, buna cavab olmalıdı. Xoşagəlməz hadisə məşqçinin məşqçiyə əl qaldırmasıdı. Futbolda qalan hər şey olur - hakim də, futbolçu da, məşqçi səhvi də. Ancaq həmkarın həmkara əl qaldırmağı məncə, qeyri-etikdi. Belə olmamalıdı, baş verməsi düzgün deyil.

- İlk 3 turu necə dəyərləndirirsiniz? Çempionatın səviyyəsi sizi razı salırmı?

- 3 turda çempionatın səviyyəsi bilinməz. Bu, 5-6 turdan sonra bilinər. Bu dəqiqə komandalar istirahətdən qayıdıblar. İndi baş məşqçilər öz fikirlərini, taktikasını yeridə bilməz. Futbolçular dincəlməkdən yeni gəliblər. Sözsüz ki, avrokuboklarda çıxış edən "Qarabağ"la "Neftçi" üçün vaxt gözləməyə ehtiyac yoxdu. Ancaq digər komandalar üçün vaxt lazımdı.

- "Qarabağ"ın 4:0-ına sevindiniz, yoxsa "Səbail"in 0:4-nə məyus oldunuz?

-  Məyus olunmalı bir şey yoxdu. Çünki "Qarabağ" futbolda artıq öz sözünü demiş bir komandadı. Belə götürək, hər iki komandanın vəziyyətini nəzərə almalıyıq. Deyəcəksiniz, Ramin müəllim yenə "Səbail"i tərifləyir, ancaq 0:4 uduzsa da, gənc futbolçularla da olsa oyun göstərdi.

- "Neftçi"yə azarkeşlər arasında yenə qalmaqal yaşandı. Azarkeşlər stadiondan çıxarılacaqsa, kim baxacaq oyuna?

- Televizorda oyuna baxırdıq da. Deyirsiniz ki, az qala stadiondan çıxarırlar. Həmişə azarkeşlərin tərəfində olmuşam. Onlara kömək də eləmişəm, yardım da. Bir problem yaşananda onların yanında olmuşam. Ancaq söyüşün əleyhinəyəm, olmaz. Kimi təhqir etmək, qəlbinə dəymək olmaz. Ayıbdı!

 - Sponsor məsələsi hələ də açıq qalır?

- İnşallah, həll olunmalıdı. Yenə danışmışıq. İnanıram ki, tezliklə həll olunmalıdı. İki namizəd var. Hər ikisi də əcnəbidi (sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30