20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Bilirdik ki, “Qarabağ” səhvləri bağışlamır”

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində evdə “Qarabağ”a 0:4 məğlub olan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib. O, əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- “Qarabağ”ı Avroliqanın qrupuna düşməsi, bugünkü qələbə münasibəti ilə təbrik edirəm. Ardıcıl 2 qələbədən sonra məğlub olmaq istəmirdik. Bilirdik ki, rəqib səhvləri bağışlamır. İlk dəqiqələrdə buraxdığımız qol gözlənilməz oldu. Toparlanmaq istədik, ancaq “Qarabağ”la bunu həyata keçirmək çətindir. Zəncirvari səhvlər belə acı məğlubiyyəti şərtləndirdi. Etiraf edək ki, “Qarabağ” digər komandalardan xeyli üstündür. Ruhdan düşmürük, növbəti oyunlara hazırlaşacağıq.

- Bir qol buraxan kimi, komanda “sındı”? Bəlkə komandanız rəqibin nüfuzundan qorxdu?

- İlk qoldan sonra bərabərlik qolunu vura bilərdik. Üstünlüyü ələ aldıq. “Qarabağ” Avroliqada rəqiblərini əzir, bizdə isə təmkinli oynayan futbolçu barmaqla sayılası qədərdir.

- Hər oyundan sonra bir futbolçu komandanızdan ayrılır. Bu dəfə növbə kimindir?

- Bu, bizi də narahat edir. Suala cavab verə bilməyəcəm. Çünki futbolçuların yerinə mən qərar verə bilmərəm. Ancaq düşünürəm ki, qışadək komandanı tərk edən olmayacaq.

- Maykl Essyen necə, getmək istəmir?

- Essyen özü qərar verməlidir. Belə müraciət etməyibsə, deməli, onu bu durum qane edir.

- Essyen ehtiyatda qalacaq?

- Strategiya dəyişib. İndi gənclərə daha çox şans veririk. Ancaq bu, o demək deyil ki, Maykl bu gün oynamadısa, ona növbəti görüşlərdə də şans verməyəcəyik.

- Oyunçular gedir, “Qarabağ” hamıdan üstündür. Bəs, “Səbail” nəyin hesabına 6 xal qazanıb?

- “Zirə” və “Sumqayıt” üzərində qələbə qazanmışıq. “Qarabağ” fərqli səviyyədədir.

- Belə çıxır ki, “Səbail” avrokubok zonası uğrunda mübarizə aparmaq iqtidarındadır?

- “Keşlə”nin də 6 xalı var. “Zirə” də yaxşı heyətə malikdir. Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulmayıb. Düzdü, ötən il də belə bir məqsəd yox idi. Çalışacağıq bu zona uğrunda mübarizədən qopmayaq (matc.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30