20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Sıradakı “Sabah”ın baş məşqçisidi? (QEYD)

Üçüncü turun oyunları başa çatmamış Azərbaycan Premyer Liqasında mövsümün ilk istefası reallaşdı. Ardıcıl üçüncü məğlubiyyətdən sonra Sənan Qurbanov “Qəbələ”dən ayrıldı. Bu istefa bir daha onu göstərdi ki, futbolda dünən yoxdu. Qurbanov cəmi 3 ay əvvəl “Qəbələ”yə tarixində ilk kuboku qazandırsa da, bu gün artıq işsizdir.

“Qəbələ”dən sonra baş məşqisi ilə vidalaşmağa daha yaxın olan komanda “Sabah”dı. İlk 3 turda komandanın cəmi 2 xal toplaması baş məşqçi Elşad Əhmədovun kreslosunu laxladıb.

Əslində, ötən mövsüm 7-ci olan komandanın 3 turda cəmi 2 xal yığması normal hal sayıla bilərdi. Əgər komanda bu mövsüm qarşısına Avroliqaya vəsiqə qazanmaq iddiası qoymasaydı, yaxud yayda 15-ə qədər transfer reallaşdırmasaydı. Geridə qalan ilk 3 tur göstərdi ki, “Sabah”ın iddiası ilə göstərdiyi oyun və qazandığı nəticələr üst-üstə düşmür. Futbolda təcrübəsiz olan klub rəhbərliyi kimi təcrübəsiz baş məşqçinin də potensialı ciddi uğurlar qazanmağa imkan vermir. Maraqlıdır, “Sabah” rəhbərliyində Elşad Əhmədova olan bu sevgi nədən, hardan qaynaqlanır? Əcnəbilər bir yana, ölkə daxilində Əhmədovdan qat-qat təcrübəli və hazırda işsiz olan mütəxəssislər var. Elşad bəyin fəaliyyətini təhlil etmək fikrindən uzağam. Sadəcə təəssüf ki, dünən Zirədəki oyunda olmadığım üçün “Sabah”ın çalışdırıcısına bəzi suallar ünvanlamaqdan məhrum oldum.

Oyundan sonra keçirilən mətbuat konfransında “3 oyuna 9 xal qazanmağı planlaşdırırdıq” deyən Elşad Əhmədovdan soruşmaq istərdim ki, “9 əvəzinə 2 xal qazanılmasının günahı kimdədir?” Məncə, günahkar elə baş məşqçidir. Çünki futbolda istənilən halda nəticəyə cavabdehlik daşıyan ilk şəxs komandanın baş məşqçisidir.

“Sabah”ın çalışdırıcısının geridə qalan müddətdə hansı səhvlərə yol verdiyini mütəxəssislər daha dəqiq söyləyə bilər. Lakin bircə məqama toxunmaq istərdim.

Komandaya cəmi 3-4 gün əvvəl qoşulan Özan Can Kökcünün dünən start heyətində nə işi var idi? O, nə zaman komandaya uyğunlaşdı ki, ilk “11-lik”də meydana çıxmağı haqq etdi? Bəli, futbolda komandaya qoşulan yeni futbolçunun 2-3 gün sonra start heyətində meydana çıxması ilə bağlı saysız nümunələr göstərmək olar. Amma söhbət usta, hazırlıqlı futbolçulardan gedir. Axı Kökcü geridə qalan müddətdə oyunu ilə deyil, daha çox meydandan kənar amillərlə diqqət çəkib. Gah “Türkiyə millisi ilə problemim olduğu üçün Azərbaycan yığmasını seçdim” deyib, gah millimizdən imtina edib. Arada adı “Beşiktaş”la, “Qarabağ”la və digər tanınmış klublarla hallanıb. Ortada isə heç nə yoxdur. Hər halda, Türkiyədə heç bir klubda möhkəmlənə bilməyən, Azərbaycan Premyer Liqasında ötən mövsümün nəticələrinə görə autsayderlərdən biri olan komanda ilə anlaşan futbolçuya Türkiyə yığmasının məşqçiləri diqqət yetirməzlər. Kökcünün maksimumu elə U-21 millimizdir.

Ümumiyyətlə, praktika göstərir ki, Azərbaycanda “Sabah” kimi barıtı bir atımlıq olan klublardan ciddi uğur gözləməyə dəyməz. Uğursuz oyunlar davam etdikcə qışda “Sabah”ın da “Səbail” kimi bir çox əcnəbilərə “yaxşı yol” deməyəcəyinə kim təminat verə bilər?

Dünəni olmayan, bu gün hələ ki Premyer Liqada istədiyi nəticələri qazana bilməyən “Sabah”ın sabahı qaranlıq görünür. Bu yerdə kimsə komandanın Zaqreb “Dinamo”su ilə əməkdaşlığa başlamasını əks arqument kimi ortaya ata bilər. Amma Azərbaycan futbolunda o qədər belə kağız üzərində layihələr olub ki. Ronaldinyo akademiyasından tutmuş Berlindəki futbol məktəbinə qədər...

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30