20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Vüqar Məmməd: “Həddindən artıq ağır oyun oldu”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd Viktor Bannikov beynəlxalq turnirində Latviya yığması ilə keçirilmiş oyundan sonra AFFA-nın saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

"Həddindən artıq ağır oyun oldu. Təəssüf ki, yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Oyuna nəzarət edən tərəf biz idik. Hesab məni qane etməsə də, futbolçularımın oyuna diqtə etməsindən razı qaldım. Bu cür oyunların nəticələri önəmli deyil. Əsas uşaqlar beynəlxaq səviyyədə oyunlarda güclü rəqiblərlə qarşılaşaraq təcrübə qazanırlar. Ümumi götürdükdə komandanın oyununda inkişaf hiss olunur. İlk oyundan fərqli olaraq, bu görüşdə həyəcanlı deyildilər, daha inamlı çıxış edirdilər.

Təqvim çox sıxdı, 5 günə 4 oyun oynamalıyıq. Bu turnir bizim üçün çox önəmli idi. Demək olar ki, bütün çatışmayan cəhətlərimizi gördük. Bundan sonra çatışmazlıqları aradan qaldırmaq üzərində çalışacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30