29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AFFA-dan Riad Rəfiyev və Ayxan Abbasova ciddi xəbərdarlıq

AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının II turunun “Sabah” - “Keşlə” matçının 74-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Sezar Meza Kolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə” - “Neftçi” matçının 80-ci dəqiqəsində “Zirə”nin məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

“Sumqayıt” - “Səbail” matçı başa çatdıqdan sonra “Sumqayıt” Futbol Klubun prezidenti Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abasov oyunun hakiminin qərəzli idarə etmələri haqqında fikirlər bildirmişdilər.

İntizam Komitəsi Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abasovu bu hala görə ciddi xəbərdarlıq edib. Bu hal təkrar olunarsa, şəxslərin İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqları bildirilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31