29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Millimizin baş məşqçisi: "Komandamız fasilədən sonra xarakter göstərdi"

"Yeni komandayıq, oyundan-oyuna həm taktiki, həm də fiziki baxımdan yüksəlişi görürük".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd “Viktor Bannikov” beynəlxalq turnirində bu gün Ukrayna yığması ilə keçirilmiş oyundan sonra deyib.

O, AFFA-nın saytına açıqlamasında 2:4 hesablı məğlubiyyəti belə şərh edib: "Atletik keyfiyyəti yüksək olan komandaya qarşı oynadıq. Hesabda geri olmağımıza, ilk hissədə bir nəfər azlıqda oynamağımıza baxmayaraq, komanda fasilədən sonra xarakter göstərərək iki qol vurmağı bacardı. Düşünürəm ki, belə güclü komandalarla oynayaraq səviyyəmizi yüksəltməliyik. Dayanmadan, əzmlə istədiyimiz nəticəni alanadək çalışmalıyıq.

Ümumiyyətlə, bütün futbolçulara fərdi yanaşma olmalıdır. Futbolçular da öz üzərilərində çox çalışmalıdırlar. Yüksək liqalarda oynayaraq oyun praktikası qazanmaq lazımdır. Milliyə bütün kriteriyalarda hazır olan futbolçular dəvət almalı və iştirak etməlidir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31