20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Yurçeviç: “Uelsin futbolçuları çox güclüdür”

"Maraqlı oyun alındı. Görüşün ilk dəqiqələrində "Neftçi"nin qol şansları var idi. "Zirə" də yaxşı kollektivdir və kompakt oyun sərgilədi. "Neftçi" qol şanslarından da yararlana bilmədi".

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Azərbaycan Premyer Liqasının 2-ci turunda "Zirə"nin "Neftçi"ni məğlub etdiyi (1;0) matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

53 yaşlı mütəxəssis Xorvatiya və Uels milliləri ilə oyun üçün yığmaya cəlb edə biləcəyi futbolçular barədə də danışıb: "Hər şey ola bilər. Millidə "Neftçi"nin üzvləri var. Belə oyunçuların yenə dəvət almaq şansları var" .

Xorvatiyalı məşqçi millinin siyahısını tərtib etmək üçün köməkçisi ilə müzakirə aparacağını söyləyib: "Bəzi futboluçular zədəlidir. Bədavi Hüseynov uzun müddət yaşıl meydanlardan kənar qalıb".

Yurçeviç Renat Dadaşovun İngiltərənin "Vulverhempton" klubu ilə müqavilə imzalamasına da münasibət bildirib: "Buna sevindim. Onun millidə necə çalışdığını görürəm. Dadaşovun Premyer Liqa klubuna keçməsi möhtəşəmdir. Yaxşı hücumçudur. İnanıram ki, icarəyə verildiyi Portuqaliya klubunda da yaxşı çıxış edəcək”.

Baş məşqçi hazırda Uels ilə matçı düşündüklərini vurğulayıb: "Rəqibin futbolçuları çox güclüdür".

Qeyd edək ki, Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uelslə, 10-da isə evdə Xorvatiya ilə üz-üzə gələcək (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30