16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

AFFA 5 klubu cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az-ın assosiasiyanın saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın I turunun “Keşlə” - “Qarabağ” matçının 74-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qarabağ” klubunun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunub.

Premyer Liqanın I turunun “Qəbələ” - “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 84-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun “Sumqayıt” klubunun ucbatından 9 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın I turunun “Neftçi” - “Sabah” matçında  “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30