19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ” çox yaxşı komandadır”

“Futbolda hər zaman arzularla yaşamaq lazımdır. İstənilən nəticə ola bilər. Amma biz həmçinin gerçəkçi insanlarıq. Başa düşürük ki, rəqibimiz “Qarabağ” çox yaxşı komandadır. Onlar bu yay “Dundalk”a da qalib gəliblər”.

Bu sözləri Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Linfild”in rəhbəri Roy MakQivern bildirib.

Şimali irlandiyalı futbol rəsmisi yada salıb ki, “Qarabağ”ın Avropada qrup təcrübəsi və yüksək reytinqi var: “Buna görə də onlar bizə qalib gələ bilərlər. Amma əgər biz evdə yaxşı nəticəyə nail olsaq, bu, bizdə əlavə inam yaradacaq. Qrupa düşsək, komandamız üçün inanılmaz nəticə olacaq”.

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la “Linfild” arasında ilk görüş avqustun 22-si Belfastda, cavab matçı avqustun 29-u Bakıda olacaq (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30