29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Bordin: "Məqsədimiz qrup mərhələsi idi"

"Oyun istədiyimiz kimi alınmadı. Rəqib bütövlükdə yenə müdafiə olundu. Əlbəttə, bugünkü məğlubiyyətdə özümü günahlandırıram. Məncə, komandama nəyisə çatdıra bilmədim ki, daha ürəklə döyüşsünlər".
 
Bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin İsraildə "Bney Yehuda"ya 1:2 hesabı ilə uduzduqları  Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
 
İtaliyalı mütəxəssis bildirib ki, çatışmayan cəhətləri dəyişmək lazımdır: "Təbii ki, pley-offa çıxmaq istəyirdik. Məqsədimiz hətta qrup mərhələsi idi. İlk iki mərhələdəki uğurlu çıxışdan sonra hər kəsdə inam da yaranmışdı. Oyunçulara tapşırmışdım ki, səbrli olsunlar. Buna rəğmən, qapımızdan erkən qol buraxdıq. Sonradan isə anlaşılmazlıqdan daha bir qol buraxdıq. Çalışırdıq ki, oyun istədiyimiz kimi getsin. Amma rəqib müdafiə olunur, boşluqlar buraxmırdı. Biz isə uzun ötürmələrdən yararlanmağa çalışırdıq. Amma bu, alınmadı. Bu, facidədir. Ancaq artıq Premyer Liqa start götürür. Bəzi dəyişikliklər etmək lazımdır".
 
Bordin komandasında hücumlar zamanı panika yaşamaları fikri ilə razılaşmayıb: "Qol buraxan komandanın dönüş yaratmaq istəyi normaldır. Biz də buna çalışırdıq. Mərhələ keçməmək üzücüdür. Buna çox inamım var idi. Çalışmalıyıq ki, özümüzü motivasiya edək və çempionata yaxşı başlayaq".
 
Baş məşqçi ilk matçla müqayisədə rəqibin daha dərindən müdafiə olunduğunu bildirib. O, Vangelis Platellas və Rəhman Hacıyevi cinahlardan asmalar etdiyi üçün irəli buraxdığını söyləyib ("Report").



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31