19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Premyer Liqada 14-cü start

Bu həftə Azərbaycan Premyer Liqasında yeni - 2019/20 mövsümü başlayacaq.

Futbolxeber.az saytının məlumatına görə, sayca 28-ci olan ölkə çempionatı “Qəbələ”nin tarixində 14-cü olacaq. 2006-cı ildə yüksək dəstədə debüt edən “qırmızı-qaralar” 13 çempionatı arxada qoyub. Bu müddətdə komanda 5 dəfə mükafatçılar sırasına düşüb. “Qəbələ”nin hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.

Son 13 mövsümdə komanda 392 matça çıxıb. “Qəbələ” 161 qələbə qazanıb, 103 heç-heçə edib və 128 dəfə uduzub. Rəqib qapılarından 480 top keçirilib, 409 qol buraxılıb. 

2006/07 

24

4

4

16

17-47

20

XI yer 

2007/08 

26

11

3

12

33-36 

36

VI yer

2008/09

26

9

6

11

28-21

33

X yer 

2009/10

32

13

10

36-36

49

VI yer 

2010/11

32

13

12 

31-18

51

VI yer 

2011/12

32

15

10 

43-32 

52

V yer

2012/13

32

10

8

14

32-40

38

VI yer

2013/14 

36

18

7

11

48-36

61

III yer 

2014/15

32

15

46-35 

54

III yer 

2015/16

36

16

11

9

44-28

59

III yer

2016/17

28

14

10

4

46-21

52

II yer

2017/18

28

14

7

7

43-26

49

II yer

2018/19

28

9

9

10

31-33

36

IV yer

Bu 13 ildə 219 futbolçu “Qəbələ”nin şərəfini qoruyub. Ən çox oyun keçirən futbolçulardan beşi 100 matç səddini arxada qoyub: Urfan Abbasov - 177, Dodo - 131, Dmitri Bezotosnı - 117, Viktor Mendi - 112, Elvin Camalov - 111.

“Qəbələ”nin Premyer Liqadakı bombardiri Viktor Mendidir - 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. 

“Qəbələ” arxada qalan 13 mövsümü 9 baş məşqçinin rəhbərliyi altında keçirib. Ramiz Məmmədov hamıdan çox - 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 3-cü göstərici ingiltərəli Toni Adamsa məxsusdur - 44 oyun. Komandanın indiki baş məşqçisi Sənan Qurbanov 31 çempionat görüşündə “qırmızı-qaralar”a rəhbərlik edib. “Qırmızı-qaralar” 13 mövsüm ərzində 24 müxtəlif rəqiblə qarşılaşıb.

“Qəbələ” 7 dəfə mövsümə qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 2 dəfə ilk matçını uduzub. Son 3 çempionatda “qırmızı-qaralar” ilk turu qələbə ilə başa vurub. 2016/17 mövsümündə “Kəpəz”i 2:0, növbəti çempionatda “Keşlə”ni 2:1 hesabı ilə yenən komanda ötən il “Səbail”in qapısından üç cavabsız qol keçirib (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30