28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

APOEL-in baş məşqçisi: "Qələbəyə layiq idik"

“Çox çətin oyun oldu. “Qarabağ”dan belə çıxış gözləyirdim”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la cavab matçından sonra mətbuat konfransında deyib.

Nikosiya təmsilçisinin yeni çalışdırıcısı Bakıda 2:0 hesabı ilə qalib gələrək pley-offa yüksəldikləri matçı belə şərh edib:

“Komandamızın çıxışından razı qaldım. Rəqibin necə oynaması ikinci dərəcəlidir. “Qarabağ”ın da şansları var idi, ilk hissədə qol vura bilərdilər, qapıçımız möhtəşəm seyv etdi. Qapısında qol görməmək böyük klub üçün əla nəticədir”.

T.Doll Kiprdəki matçdan fərqli oynadıqlarını bildirib: “Qol vurmaq üçün çox imkanlar əldə etdik. Mənim üçün vacib olan komandamın qol vurmaq istəyi idi. Penalti olmasaydı belə, başqa imkanlardan qol vuracaqdıq. Sonradan qol vurmaq üçün kifayət qədər vaxtımız var idi. Rəqibi qarşıladıq, şanslar yaratmağa çalışdıq. Nəzərə alaq ki, bu gün səfərdə çıxış edirdik. Ən önəmlisi konsentrasiyanı itirməmək və hücumla müdafiə arasında balans yaratmaq idi. Futbolçularım meydanda ürəklərini ortaya qoydular”.

T.Doll ürəkli oynamalarının qələbənin əsas açar rolu olduğunu qeyd edib: "İlk görüşlə müqayisədə çox şeyi dəyişdik. Sürətli, geniş futbol oynadıq, çoxlu ötürmələr etdik. İkinci hissənin ilk 10-15 dəqiqəsində çətin anlar yaşadıq, qapıçımız çox seyvlər etdi. Rəqibin dayanmadan asmaları var idi. Yalnız ondan sonra oyunu düzəldə bildik. Addım-addım nəticəyə doğru getdik. Ümumilikdə, qalibiyyətə layiq idik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31