24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Yaşar Vahabzadə: “Hələ çox işləməliyik”

"Kəpəz” yeni mövsüm üçün hazırlığın ilk mərhələsini başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, Gəncədə bir həftə müddətində məşq etmiş komanda üzvləri əsasən bərpaedici çalışmalar üzərində işləyib. Bu müddətdə məşqçilər korpusu həm də baxışda olan yeni futbolçuları nəzərdən keçirib.

Komandanın doğma meydandakı hazırlığı ilə bağlı baş məşqçi Yaşar Vahabzadə klubun mətbuat xidmətinə açıqlama verib:

“Bu ayın əvvəlindən məşqlərə başlamışıq. Son bir neçə gündə səhər və axşam olmaqla gündə iki dəfə hazırlıq keçmişik. Gəncədəki toplanışın son günündə ikitərəfli oyun keçirib uşaqlara bir daha baxdıq. Pis deyillər, vəziyyətləri qənaətbəxşdir, çalışdılar ki, özlərini ən yaxşı tərəfdən göstərə bilsinlər. Amma hələ çox işləməliyik".

Komanda hazırda hazırlığı Bakıda davam etdirir. Yaşar Vahabzadə bununla bağlı deyib: "Bakıda gündə iki dəfə məşq edəcəyik. Səhərlər fiziki hazırlıq, axşam məşqlərində isə taktika üzərində işləyəcəyik. Futbolçuların taktiki biliyi o qədər də yaxşı səviyyədə deyil. Paytaxtda bizə yeni uşaqlar da qoşulacaqlar. Toplanışda onlara baxacağıq. Hər bir mövqeyə oyunçu lazımdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30