16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Emin Mahmudov: “İkinci oyunda qalib gəlməliyik”

“Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının 3-cü təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə görüş haqda danışıb.

- Birinci hissədə oynamağa gec başladıq. Çoxlu top itkilərinə yol verirdik. Onlar da bunu gözləyirdi. Əks-hücumlar üçün şansları yaranırdı. Oyuna gec qoşulmağımızın səbəbini bilmirəm, bəlkə də, gec konsentrasiya olduq.

- Ardıcıl 4 oyunda qalib gəlmək sizi arxayınlaşdırmışdı?

- İnanmıram ki, arxayınlıq olsun. Başa düşürdük ki, bu, üçüncü təsnifat mərhələsidir. Bizi 13 min azarkeş dəstəkləməyə gəlmişdi. Bütün oyun ərzində bizi irəli aparırdılar. Buna görə də bizdə arxayınlıq olmalı deyildi. Çalışarıq ki, cavab matçında daha yaxşı oynayaq və nəticə ilə dönək.

- Əvvəlki 2 mərhələdə qol buraxmayan “Neftçi” bu gün iki qol buraxdı. Bunun səbəbini nədə görürsüz?

- Düşünürəm ki, oyuna nəzarəti itirmişdik.  Əks-hücumlardan qollar buraxdıq. Onlar bu sistemdə oynayırdılar. Bizim üçün onların oyunu çox problem idi.

- Nəticəni ədalətli hesab edirsiniz?

- Ədalətlidir. Nəticə həmişə ədalətli olur. İkinci oyunda qalib gəlməliyik.

- Buna gücünüz yetəcək?

- Gücümüzün çatmayacağını düşünsək, gərək heç ikinci matçda meydana çıxmayaq. Meydana qələbə qazanmaq üçün çıxacağıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30