29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Bney Yehuda"nın baş məşqçisi: “Bakıda məqsədimiz qələbə qazanmaqdır”

"Neftçi" çox güclü komandadır. Bizim Bakıya gəlməkdə məqsədimiz qələbə qazanmaqdır. "Neftçi" güclüdür. Ancaq hər bir klubun məqsədi qalib gəlməkdir. Biz də buraya qalibiyyət üçün gəlmişik. Bu, futboldur, istənilən nəticə qeydə alına bilər. Bizim üçün önəmli olan hər iki görüşdə sərfəli nəticə qazanmaqdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Bney Yehuda"nın baş məşqçisi Yossi Abukassis Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə ilk oyun öncəsi mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, Bakı klubu "Arsenal"ı 3:0 hesabı ilə məğlub etməklə gücünü göstərib.

Onun sözlərinə görə, "Neftçi"nin zəif və güclü cəhətlərini artıq öyrəniblər və sabahkı matçda bundan yararlanmağa çalışacaqlar: "Müdafiədə, yoxsa hücumda oynayacağımızı da sabah görəcəksiniz. "Neftçi" çox güclü olsa da, özümüzü uğursuzluğa kökləyə bilmərik. Yalnız uğurlu nəticəyə köklənmişik. Məğlubiyyət haqda düşünmürük. Sabah hələ ilk oyun olacaq. Əminəm ki, qalib ikinci matçdan sonra bilinəcək. Yalnız müsbət məqamlar düşünürük".

Qeyd edək ki, "Neftçi" - "Bney Yehuda" oyunu sabah saat 21:00-da başlayacaq (APA).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31