20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Bordin: “Bunu bacarsaq, sərfəli nəticə qazana bilərik”

“Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Çünki “Bney Yehuda” çox yaxşı müdafiə olunur”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının III təsnifat mərhələsinin "Bney Yehuda" ilə sabah keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis İsrail klubunun müdafiəyə daha çox diqqət etdiyini bilidirib: "Rəqib İsrail Superkuboku matçında 9-10 nəfərlə müdafiə olundu. Oyunboyu çalışırlar topa daha çox nəzarət etsinlər. Fərdi keyfiyyəti yüksək olan futbolçuları var. Rəqib əks-hücumlardan yaxşı yararlanır. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdır. Bunu bacarsaq, sərfəli nəticə qazana bilərik".

Bordin getdikcə "Neftçi"nin hədəflərinin böyüdüyünü qeyd edib: "Əlbəttə ki, oyundan-oyuna özümüzün də gözləntilərimiz artır. Bununla kifayətlənmək istəmirik. Yaxşı futbol göstərmək üçün əlimizdən gələni edəcəyik. Nəticəni birlikdə görəcəyik".

Bordin oyunun taktiki sxemi haqda danışmaq istəmədiyini bildirib: "Sabahkı oyunun taktikası komanda daxilində qalır. Bunu açıqlamağı düzgün hesab etmirəm. Bir daha qeyd edirəm ki, "Bney Yehuda" bütün komanda ilə müdafiə olunur və rəqibin səhvini gözləyir. Bizə qarşı necə çıxış edəcəklərini bilmirəm. Amma həm müdafiə, həm də hücum baxımından yaxşı təşkilatlanıblar. Rəqibi analiz etmişik, necə oynadıqlarını izləmişik. Texnikalı oyunçuları var, əks-hücumdan yaxşı yararlanırlar".

R.Bordin "Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev "Bney Yehuda"nın "Neftçi"ni keçmək şansının sıfıra bərabər olması fikrinə də münasibət bildirib: "Əmir Ağayevin niyə belə açıqlama verməsi mənə qəribə gəlib. Sabah hakim fitindən sonra hər iki komanda üçün çox şey dəyişə bilər. Buna görə də onun fikri ilə razı deyiləm. Düşünsək ki, rəqibin bizi keçmək şansı sıfıra bərabərdi, yanlışıq olardı".

İtaliyalı mütəxəssis Emin Mahmudov, Ömər Buludov və Baqali Dabonun son durumları haqda məlumat verib: “Eminlə Ömər artıq komandayla ümumi məşq edirlər. Dabo isə iki gündü komandayla hazırlığa qatılıb. Ancaq fikrimcə, hələ yüz faiz hazır deyil. Sevinirəm ki, artıq komandanın yanındadır”.

Bordin bildirib ki, çox güman Avropa Liqasının üçüncü təsnifat mərhələsinin İsrail “Bney Yehuda”sına qarşı matçda Dabo ehtiyat oyunçular skamyasında yer alacaq.

“Rauf Əliyev son 4 oyunda mübarizliyi ilə seçilir. Dabo qayıdandan sonra necə olacaq” sualına Bordinun cavabı belə olub: “Rauf meydançada çox vuruşur, əzmkarlıq göstərir. Son oyunda vacib qol vurdu ki, bu da komandaya daha da motivasiya verdi. Əlbəttə, hər bir baş məşqçi üçün xoşdur ki, bütün heyət əlinin altındadır. Növbəti oyunlarda məşqlərə baxaraq ən yaxşı "11-liy"i quracağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30