26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

APOEL-in baş məşqçisi: “Bitmədiyinə inanırıq"

"Rəqibin oyuna nəzarət etmək bacarığını bilirdik. Oyuna yaxşı başladıq, onlara bizə yaxın oynamağa imkan vermədik. İkinci hissənin ilk 10-15 dəqiqəsində oyunu əldən verərkən hər şey çətinləşdi. Oynamağa fürsət tapa bilmədik və ikinci qolu da buraxdıq. Oyunçularım bunu dəf etmək üçün çox çalışdılar. Son dəqiqədə vurduğumuz qolu bəyəndim. Futbolçularıma inanıram və ora mübarizə aparmaq üçün gedəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri APOEL-in baş məşqçisi Paolo Trametsani Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları ilk matçdan sonra keçirilən mətbuat konfransında deyib.

"Hər zaman sistem haqda danışırsınız. Sizin fikrinizdir və buna hörmət edirik. Bizim üçün yaxşı olan sistemlə oynadıq. Qol buraxıb-buraxmayacağımızı heç vaxt bilə bilmərik. Futbolçuları tanıyıram və rahat hiss etdikləri sistemlə oynadıram. İlk hissədə hücumda olduq, ancaq şansları dəyərləndirə bilmədik. Bundan sonra rəqib əks-hücumlar etdi. Sürətli hücumlar təşkil edən komandaya qarşı oynamaq çətindir" - deyə o bildirib.

Trametsani buraxılan qola qədər oyuna nəzarət etdiklərini vurğulayıb: "Bu topa çox təəccübləndik və üzüldük. Futbolçularımla danışdım, onları təbrik etdim. Nəticəyə görə məsuliyyəti mən öz üzərimizə götürürəm.  Sabahdan hazırlığa başlayacağıq. Xəyalımızın bitmədiyinə inanırıq".

O, cavab matçında hansı dəyişiklər edəcəyi ilə bağlı sualı belə cavablandırıb:  "Düşünürəm ki, çox şeyi dəyişməyəcəyik. Bu axşam çoxlu qol şansı yaratdıq. Son zərbələrin üzərində çalışmalıyıq.Daha hazırlıqlı olmaq üçün ilk oyundakı təcrübələri sınaya bilərik. Çətin olacağını və futbolçularım əsəbi olduğunu bilirəm. Ancaq ötən ildən indiyə kimi nə qədər çalışdığımızı bilirəm. Avropada mübarizəni davam etdirəcəyimizə son saniyəyə qədər inanıram".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30