19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Renat Dadaşov: “Xəyalım gerçəkləşir”

“Çox xoşbəxt və həyəcanlıyam. Bu, gözəl klubdur və “qurd” olmaq inanılmazdır. Buna görə də burada olduğum üçün şadam”.

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri bu gün İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"la müqavilə imzalayan millimizin üzvü Renat Dadaşov klubun saytına deyib.

O, daha sonra bildirib: "Mənimlə müqavilə imzalamaq istədiklərini söylədikləri agentimdən zəng gəldi. Mən "bu, həqiqətdimi"? Doğrudurmu? Mənimlə zarafat etmirsən" dedim. "Bəli, doğrudur" söylədi. Buna görə qərar vermək asan oldu. Ancaq indi hər şeyin yaxşı olacağı bir yerə icarəyə gedəcəyəm və gələn mövsüm daha güclü bir oyunçu kimi qayıda bilərəm”.

O, Premyer Liqanın oyunçusu olmaq haqda da danışıb: "Hər bir futbolçu Premyer Liqada oynayan komandada olmaq istəyirdi. Bu, mənim üçün dünyanın ən yaxşı liqasıdır. Komanda çox yaxşı mövsüm keçirib. Hazırda mənim xəyalım gerçəkləşir. İngiltərədə yaşamağın asan olacağını düşünmürəm. Amma bir yolunu tapacağam. İngiltərə gözəl ölkədir, burada gözəl insanlar çoxdur. Buna görə də burada problem yaşayacağımı düşünmürəm. Mənim üçün ən vacibi komandaya kömək etməkdir. Meydanda və meydandan kənarda əlimdən gələn hər şeyi etməyə çalışacağam. Nəzakətli olmağı və qarşıma məqsəd qoymağı bacarıram".

20 yaşlı hücumçu çox fəal idmançı ailəsi olduqlarını da söyləyib: “Atam su polosu, anam həndbol oynayıb, bacım 16 yaşına qədər futbol oynayıb, qardaşım Almaniyanın üçüncü bundesliqasında oynayır. Sonuncu dəfə Azərbacyan millisində oynadığım müddətdə ilk dəfə həm mən, həm də böyük qardaşım bir yerdə idik. Bu, mənim üçün inanılmaz idi. Çünki qardaşımın yanında ölkəmi təmsil etmək həyatımın ən yaxşı anlarından biri idi".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30