20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: “Səhvlərə yol verməməliyik”

“APOEL-in gücü hər kəsə məlumdur, hesab edirəm ki, bu haqda ətraflı danışmağa ehtiyac yoxdur. Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub, bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir: "Ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındırlar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur. Amma biz yalnız meydana konsentrasiya olmalıyıq".

Qeyd edək ki, APOEL - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30