28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”a qarşı əlimizdən gələnin ən yaxşısını edəcəyik”

“Musa Al-Tamarinin oynayıb-oynamayacağını bilmirik. O oynamasa,  3-4-3 sxemi ilə çıxış edəcəyik. Onun durumunu son dəqiqəyə qədər gözləyəcəyik. Yeniliyə ehtiyacımız var. Məşqlərdə digər sistemlərdən də istifadə edirik. Rəqib 11 ildir eyni baş məşqçi ilə çalışır. Onlarla oyuna hazır olmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Kiprin APOEL klubunun baş məşqçisi Paolo Tramezzani Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Ağdam klubu topa sahib olmağı xoşlayır:  "Onlar matça nəzarət etmək istəyirlər. Hücumları həddindən artıq sürətlidir. Hər oyunda demək olar ki, 67 faiz topa sahibdirlər. Mübarizə aparmalıyıq. Düzgün hazırlaşmalıyıq. Daha öncə yaxşı nəticələr əldə edə bildiyimizi göstərdik. Özümüzə inanıram. Oyunçuların eyni ruhla oynayacağını düşünürəm".

Tramezzani üç müdafiəçi ilə meydana çıxmaq barədə də danışıb: "Bizim necə oynayacağımız önəmli deyil. Mən buraya gəldikdən sonra bu sistemlə mübarizə apardıq və "Apollon"u məğlub edə bildik. Biz daha çox qol vurduq və daha az buraxdıq. Sabah çətin bir işimiz var. Əsas sistem deyil. 10 müdafiəçi ilə oynaya və qol vura bilərik. Bu, ən yaxşı sistem olmaya bilər. Ancaq bizə inam verir və özümüzü bununla rahat hiss edəcəyik".

Qeyd edək ki, APOEL - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31