18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

UEFA “Qarabağ” və “Neftçi”nin potensial rəqiblərinin siyahısını açıqladı

Avqustun 5-i UEFA-nın Nyondakı qərargahında Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 14.00-da başlanacaq püşkatmada ÇL-in üçüncü təsnifat mərhələsinin APOEL - “Qarabağ” cütünün qalibinin rəqibi də müəyyənləşəcək.

Bu cütlük “səpələnməmişlər” səbətində yer alacaq və rəqibi “səpələnmişlər” səbətindəki aşağıdakı cütlüklərdən birinin qalibi olacaq:

PAOK (Yunanıstan) - «Ayaks» (Hollandiya)

ÇFR (Rumıniya) - «Seltik» (Şotlandiya)

«Srvena zvezda» (Serbiya) - «Kopenhagen» (Danimarka)

«Dinamo» (Xorvatiya) - «Ferensvaroş» (Macarıstan)

APOEL - “Qarabağ” cütünün məğlubu isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu zaman həmin komanda səpələnmişlər səbətində yer alacaq. Rəqib isə səpələnməmişlər səbətində yer alan, Avroliqanın üçüncü mərhələsindəki bu cütlüklərdən birinin qalibi olacaq:

«Sutyeska» (Çernoqoriya) - «Linfild» (Şimali İrlandiya)

«Ludoqorets» (Bolqarıstan) - TNS (Uels)

«Sarayevo» (Bosniya və Herseqovina) - BATE (Belarus)

«Astana» (Qazaxıstan) - «Valletta» (Malta)

«Slovan» (Slovakiya) - «Dandolk» (İrlandiya)

Avroliqadakı digər təmsilçimiz “Neftçi” isə İsrailin “Bney Yehuda” komandasını keçəcəyi halda, pley-offda “səpələnməmişlər” səbətində yer alacaq və "səpələnmişlər"dəki aşağıdakı bu cütlüklərdən birinin qalibi ilə görüşəcək:

«Antverpen» (Belçika) - «Viktoriya» (Çexiya)

«Brondbü» (Danimarka) - «Braqa» (Portuqaliya)

«Vaduts» (Lixtenşteyn) - «Ayntraxt» (Almaniya)

«Malmö» (İsveç) - «Jrinski» (Bosniya və Qerseqovina)

«Partizan» (Serbiya) - «Malatyaspor» (Türkiyə)

Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi avqustun 5-i, Bakı vaxtı ilə saat 15.30-da başlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30