25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Utkin “Neftçi”nin qələbəsini şərh etdi

“Arsenal” barədə danışarkən nəticənin utancverici olduğunu demək olar. Ona görə yox ki, “Neftçi”yə məğlubiyyət qəbuledilməzdir. Sadəcə, meydanda döyüşmək istəməmək və bu qədər hazırlıqsız olmaq utandırıcıdır”.

Futbolxeber.az saytının məlumatına görə, bu fikirlər Rusiyanın məşhur idman şərhçisi Vasili Utkinə məxsusdur.

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Nefçi"nin Tula "Arsenal"ını hər iki oyunda qalib gəlməklə mübarizədən kənarlaşdırmasına münasbət bildirən jurnalist Rusiya təmsilçisini əzmkarlıq göstərməməkdə qınayıb.

"Bütün bunları sırf nəticəyə əsaslanaraq deyirəm. Çünki oyuna baxmadım və bundan da peşman deyiləm" - deyə Utkin qeyd edib.

Xatırladaq ki, "Neftçi" "Arsenal"a səfərdə 1:0, Bakıda isə 3:0 qalib gələrək 3-cü mərhələyə yüksəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30