24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Dinamo”nun baş məşqçisindən qələbə şərhi:

"Bu, bütün kollektivimizin qələbəsi və iş prinsipimizin nəticəsi idi. İlk yarıdan sonra futbolçularla heç bir danışığımız olmadı. Çünki onların məqsədi yalnız qələbə idi. Matçın əvvəllərində qapımızı qorumağı düşünürdük. Bunu bacardıq və nəticədə belə bir nailiyyətə imza atdıq".

Futbolxeber.az saytının məlumatına görə, bunu Gürcüstan "Dinamo"sunun baş məşqçisi Feliks Visente Miranda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, son oyunlarda qol buraxmamaları əsas strategiyalarıdır. Bu isə meydan oyunçularının çıxışından başlayır və qapını toxunulmaz saxlamaqdan keçir.

41 yaşlı baş məşqçi qələbə ənənəsini qorumaq istədiklərini vurğulayıb. O, matçı izləyən azarkeşlərə təşəkkür edib.

Miranda Hollandiya "Feyenoord"u ilə keçirəcəkləri növbəti mərhələ oyunları barədə də danışıb: "Feyenoord"la matç da bizim üçün çox vacibdir. Ümid edirəm ki, hər bir oyunçumuz bu görüşlərdə yaxşı oyun sərgiləyəcək".

Qeyd edək ki, "Dinamo" ilk görüşdə də 2:0 hesabı ilə qalib gəldiyi üçün növbəti mərhələyə yüksəlib (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30