24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Bordin: “Möhtəşəm qələbə qazandıq”

“Bu cür nəticəni gözləmirdim. Çünki rəqib kifayət qədər güclü idi. İlk yarıda bizə çətinlik yaratdılar. Komanda istədiyim kimi oynamadı. Amma fasilədən sonra oyunun gedişatını dəyişdik və möhtəşəm qələbə qazandıq”

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

Avroliqanın II təsnifat mərhələsinin cavab oyununda Tula “Arsenal”ını 3:0 hesabı ilə darmadağın edən “ağ-qaralar”ın baş məşqçisi görüşdən dərhal sonra təəssüratlarını “CBC Sport”la bölüşüb.

İtaliyalı mütəxəssis komandasının sona qədər rəqibin təzyiqinə duruş gətirdiyini söyləyib:

“Rəqib qol vurmaq üçün risk edirdi. Lakin komandam sona kimi dözdü. Yekunda da layiqli qələbə qazandıq”.

Bordin Avroliqanın III təsnifat mərhələsində qarşılaşacaqları “Bney Yehuda”nı sabahdan öyrənməyə başlayacağını qeyd edib:

“Bu gün yalnız “Arsenal” haqda danışırdıq. Şükür ki, qalib gəldik. Sabahdan etibarən növbəti rəqib haqda informasiya toplamağa başlayacağıq”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30