26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Məşqçilər korpusunun tapşırıqlarını böyük həvəslə yerinə yetiririk".

“Toplanış normal axarda keçir. Məşqlərdə həm fiziki, həm də taktiki tapşırıqlar üzərində çalışırıq. Komanda yoldaşlarımla birlikdə məşqlərdə məşqçilər korpusunun tapşırıqlarını böyük həvəslə yerinə yetiririk".
 
Futbolxeber.az aytının məlumatına görə, bu sözləri "Keşlə"nin futbolçusu Slavik Alxasov Türkiyədə davam edən təlim-məşq toplanışı barədə fikirlərini bildirərkən deyib.
 
Klubun saytına açıqlama verən 26 yaşlı kapitan Türkiyə birinci liqa təmsilçisi "Osmanlıspor"la yoxlama oyunu (0:0) haqda da danışıb: "Toplanış çərçivəsində keçirdiyimiz yoxlama matçında da baş məşqçinin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirməyə çalışdıq. "Osmanlıspor" kifayət qədər güclü komandadır, oyunda da bunu hamımız müşahidə etdik. Düşünürəm ki, oyun bərabər səviyyədə keçdi, hətta bəzi epizodlarda hesabı açmaq imkanlarımız da oldu. Ümumilikdə, ağır yükləmələr fonunda güclü komandaya qarşı yaxşı oynadıq və qarşıdakı görüşlərin də ümumi hazırlıq səviyyəmizə müsbət təsir göstərəcəyinə inanırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30