Ölkə futbolu
Fariz Nəcəfov: “Biz idmançıyıq, bundan qırağa çıxmamalıyıq”
“Qəbələ"nin prezidenti Fariz Nəcəfov Gürcüstan "Dinamo"su ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Evdəki ilk oyunda 0:2 hesablı məğlubiyyət şansları azaldır, ruh düşkünlüyü yaradır. Üstəlik, "Qəbələ"də böyük dəyişikliklər baş verib. Ancaq siz nikbin görünürsünüz. Bu daxili inamı hardan alırsınız?
- İnam, şans həmişə var. Hamımız başa düşürük ki, evdə 0:2 hesabı ilə uduzan komandanın səfərdə işi çətin olacaq. Ancaq futbolçularla görüşüb danışanda, məqsədin bir olduğu qeyd olundu - nəyə gücümüz çatırsa, ondan artığını eləməliyik. Maksimum gücümüzü meydançada qoymalıyıq. Gənc futbolçularımız var ki, ilk oyunda həyəcanlı olmaları hiss olunurdu. Yəqin ki, siz də bunu hiss etmişdiniz.
- Bəli, hətta aralarında "Qəbələ"də ilk rəsmi matça çıxanlar, avrokuboklarda debüt edənlər vardı.
- Bu haqda danışmışam, baş məşqçimizə də demişdim. O da bununla bağlı gənc futbolçularla söhbət aparıb. Həmin şeyi indi onlara vurğuladım ki, çıxıb axıradək döyüşmək, futbolumuzu göstərmək lazımdır. Nə cür olacağını sonda biləcəyik.
- İlk qarşılaşmadakı məğlubiyyətin səbəbləri hansılardır?
- Çatışmayan məqamlar, səhvlər həddindən artıq çoxdur. Məşqçilər bunu analiz ediblər. Yeni komandadır, oyun baxımından anlaşma yox idi. Keçənilki heyətdən 1-2 futbolçu var. Sözsüz ki, belə nəticənin olmağı gözlənilən idi, normaldır. Yenə də futbolçularımıza inanıram. Yeni legionerlərimiz az da olsa, özlərini göstərə bildilər. Şəxsən mən onlarda nəsə görə bildim. Zamanla komanda daha yaxşı olacaq, buna inanıram. Akademiyamızdan olan futbolçuların perspektivinə inanıram. Çox heyf ki, zamanımız az oldu. Yeni yığılmış komandanın mövsümə məğlubiyyətlə başlamağı bizim üçün ağırdır. Keçən il də eyni halı yaşadıq, komandada dəyişikliklər oldu. Bundan əvvəl yadınızdadırsa, qrupa düşdüyümüz vaxtlarda da hər dəfə heyətdə dəyişikliklər olurdu. Bu, alın yazımızdır.
- Hələ Dorinel Muntyanunun yeni gəlişində - "Qəbələ" avrokuboklarda debüt edəndə belə köklü dəyişikliklər və Qəbələdə 0:2 hesablı məğlubiyyət oldu. Ötən yay Sənan Qurbanov baş məşqçi postuna gəldi və yenə eyni proses və Qəbələdə 0:2 hesablı məğlubiyyət. Bu dəfə də həmin uğursuz nəticədən qaça bilmədik...
- Əslində, Roman Qriqorçukun baş məşqçiliyi dövründə də hər dəfə Avroliqada qrupa düşdüyümüz dövrdə də komandada 5-6 futbolçu dəyişikliyi olurdu. Demək olar, yeni yığılmış heyətlə Avroliqaya qatılırdıq, ancaq qrupa düşürdük. Sadəcə, həmin vaxt futbolçuların keyfiyyət məsələsi vardı. Həm də tam heyət dəyişmirdi. Ancaq bugünkü heyət tam fərqlidir. Ümumiyyətlə, hazırkı vəziyyət əvvəlkilərdən tam fərqlidir. Bundan başqa bəhanə axtarmağa yer yoxdur. Nəsə kimdəsə səhv axtarmaq olmur. Sırf komandanın təzə yığılması, gənc futbolçuların olması əsas səbəbdir. Ancaq qol epizodlarımız da oldu. Bunu da yenə tələskənliyə, təcrübəsizliyə bağlayıram.
- Belə matçda gürcü legionerləriniz daha yaxşı oynamalıdı. Həm onlar üçün prinsipial görüşdür, həm də həmyerlərinizin oyun planında incəliklərini daha yaxşı biliklər. Ancaq Davit Volkov Qəbələdəki qarşılaşmada daha çox əvəzlənməsinə nümayişkarcasına etiraz etməsi ilə yadda qaldı. Siz onun xarakterini yaxşı bilən adam kimi hərəkətini necə qarşıladınız?
- Belə şeylər həmişə olur. Bilirsiniz, dünya futbolunda məşhur komandalarda da bu hallar yaşanır. Futbolçular adətən bu hərəkəti edirlər. Burda ciddi bir şey yoxdur. Axı, futbolçu qıraqdan özünü görmür, meydançada özünü tam görə bilmir.
- Görünən bu idi ki, Volkovun oyunu alınmırdı və əvəzlənməsinə ehtiyac vardı...
- Məşqçimiz də oyundan sonra Volkovla bağlı zədədən yeni döndüyünü demişdi. Səhv etmirəmsə, yoxlama matçının birində iştirak etmişdi. Çatdırmırdı, açıq-aşkar görünürdü. Bunun üçün hətta peşəkar olmaq da lazım deyildi... Hücuma qoşulandan sonra müdafiəyə qayıda bilmirdi, lazım olan mövqeyə çatmırdı. Əvəzlənərkən etdiyi hərəkət normaldır, xüsusi qabardılası bir şey yoxdur. Merab Giqauriyə gəlincə, yeni tanıyıram. Xarakterini hələ tam bilmirəm. Futbolçuların, məşqçilərin dediyinı görə, tam istədiyimiz xarakterə malik futbolçudur. Volkovda isə heç bir problem görmürəm.
- Bu mövsüm Gürcüstan təmsilçisi "Saburtalo" Çempionlar Liqasında "Şerif"i Molodvada 3:0 hesabıyla məğlub etsə də, Tbilisidəki cavab matçının ilk 11 dəqiqəsində 3 qol buraxmaqla özlərinə böyük problem yaratdılar. "Dinamo"dan da belə "boşalma" gözləyirsiniz? Sizcə, erkən qol vursaq, oyun tam başqa məcraya dəyişə bilərmi?
- İnanmıram ki, "Dinamo"da belə bir arxayınlaşma olsun. Ancaq nəticənin xeyrimizə ola biləcəyimə inanıram. "Dinamo" zəif komanda deyil. Bilirik ki, çox güclü hazırlaşıblar. Öz oyunumuzu oynamalıyıq. Özümüzə daha çox inanmalı, erkən qol vurmalıyıq. Yəqin ki, baş məşqçimiz bu haqda futbolçularla danışıb.
- Növbəti mərhələdəki rəqib artıq bilinir. Bu, Hollandiyanın "Feyenoord" klubudur. Bu rəqibi keçmək çox çətin məsələdir. Futbolçularınızda indi belə bir fikir yaranmır ki, onsuz da "Dinamo"nu keçsək də, növbəti mərhələdə dayanacağıq?
- Yox, buna inanmıram. Elə bir şey ola bilməz ki, indidən istirahət haqda düşünsünlər. Futbolçular üçün “Feyenoord” kimi komandayla oynamaq böyük bir motivasiya olmalıdır. Bir də ki, futbolçular hər uğurlu oyuna, keçdikləri mərhələyə görə mükafat alırlar (gülür).
- Son zamanlar Azərbaycan və Gürcüstan arasında gərginlik yaşandı. Keşikcidağla bağlı insident oldu. Bəzi gürcü azarkeşlər Azərbaycan komandaları avrokubok oyunlarında da bir neçə dəfə təxribata əl atıblar. Belə hallar yenidən yaşanması gözlənilir. Bunun qarşısını almaq üçün hər hansı tədbir görülürmü?
- Tək Gürcüstan məsələsində yox, ümumiyyətlə, siyasətin, siyasi məsələlərin, təxribatların idmana, idman arenalarına daşınmasının tam əleyhinəyəm. Bu, bəlkə şablon bir sözdür, amma içimdən gələni deyirəm. Mənə elə gəlir ki, idmançı idmanı, futbolçu futbolu ilə məşğul olmalıdır. Onu deyə bilərəm ki, biz millət, dövlət olaraq gürcülərlə, Gürcüstanla elə geosiyasi vəziyyətdəyik ki, tarixən qonşu olmuşuq və bundan sonra da qiyamətə kimi qonşu olacağıq. Üçüncü tərəfin bu mehribançılığımızı, yaşayışımızı pozacaq təxribatlarına yol verilməməlidir. Həm "Qəbələ", həm də "Dinamo" azarkeşlrinə idman prinsipləri çərçivəsində azarkeşlik etməyi, tam futbol ab-havasında olmağı çağırıram.
- Yəni futboldan kənara çıxmayaq...
- Əlbəttə. Biz idmançıyıq, idman, futbol ictimaiyyətiyik. Bundan qırağa çıxmamalıyıq. Dövlət sərhəddin delimitasiyasını aparır, orda hər iki tərəfdən komissiya işləyir. Məsələ də hüquqi müstəvidə həll olunacaq. Bizim buna qarışmağımız düzgün deyil.
- Matçda səfirliyimizin nümayəndələrinin iştirakı gözlənilir?
- Çox güman ki, gələcəklər. Bilirsiniz, Gürcüstanın Azərbaycandakı səfiri Qəbələdəki oyuna gəlmişdi.
- "Qəbələ"nin azarkeşlərin Tiflisə gəlməsi ilə bağlı kluba müraciət olunmuşdu?
- Azarkeşlər var ki, matça gəlib komandamızı dəstəkləmək istəyirlər, bizdən bilet istəyiblər. Onlar üçün sektor da ayrılıb. Amma deyəsən, "Qəbələ" fan-klubları iştirak etməyəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
12:51
Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
-
12:04
“Neftçi” ilə oyun bizim üçün həlledicidir"
-
11:48
Azərbaycan bilyardçısı Avropa çempionu olub
-
11:33
Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
-
11:19
Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub
-
11:05
Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
-
10:52
Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
-
10:26
“Borussiya" "Atletiko"nu mübarizədən kənarlaşdırdı VİDEO
-
10:11
Vitali Borisov: "Millidə görüləsi işlər çoxdur"
-
09:47
PSJ səfərdə "Barselona"nı diz çökdürdü VİDEO
-
09:30
Minifutbol üzrə Azərbaycan çempionatı: 1/2 finalın ilk oyunları keçirilib
-
18:20
AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
-
17:42
"Şəki Siti" "Göygöl"ə belə qalib gəldi VİDEO
-
17:31
“Neftçi” yarımfinalın ilk oyununda uduzdu
-
16:59
Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır
-
16:15
Dadaşov üçün mövsüm başa çatdı
-
15:27
90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
-
14:43
Azərbaycan gimnastları Çexiyada yarışacaqlar
-
14:36
Millimizin basketbolçusu: “Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq”
-
14:18
Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub
-
13:54
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlandı
-
13:22
"Zirə" sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı verdi
-
13:05
Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
-
12:31
Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
-
12:19
Şəhriyar Məmmədyarov Nicat Abbasova dəstək oldu
-
11:57
Musa "Yurqorden"in gənclər komandasında qol vurub
-
11:46
“Sumqayıt”ın yarımmüdafiəçisi: “Hələ heç nə bitməyib, mübarizə qabaqdadır”
-
11:30
Millimizin heyəti açıqlandı
-
11:23
"Valensiya" 3 xalı tək qolla qazandı VİDEO
-
11:08
Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
-
10:52
“Atalanta” qələbəni əldən verdi VİDEO
-
10:35
Millimizin müdafiəçisi "Ludoqorets"ə qarşı oynadı
-
10:24
“Çelsi” “Everton”u darmadağın etdi VİDEO
-
10:11
“Zirə”nin sabiq müdafiəçisi vəfat edib
-
09:59
"Qalatasaray" ikinci hissədə coşdu VİDEO
-
09:47
İddiaçılar Turniri: Abasov Nakamuraya uduzub
-
09:30
"Fiorentina" öz meydanında büdrədi VİDEO