28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

İspan məşqçi: “Qəbələ”yə hörmət edirik”

"Sabah bizi çox çətin oyun gözləyir. Rəqib də güclüdür. Amma mən öz oyunçularıma inanıram. İlk matçla müqayisədə hər hansı taktiki dəyişiklik gözlənilmir".

Futbolxeber.az saytının məlumatına görə, bunu Gürcüstan "Dinamo"sunun məşqçisi Xisko Munyos evdə "Qəbələ" ilə keçirəcəkləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü barədə danışarkən deyib.

Daha sonra ispaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Revan Şengeliyanın başqa komandaya keçəcəyinə dair xəbərlər nə dərəcədə həqiqətə uyğundur?

- Hazırda o, oyunlarını davam etdirir, amma "Dinamo"dan daha yüksək səviyyədə komandalarda oynaya biləcək futbolçudur. Başqa komandaya keçidi planlaşdırılmır.

- "Qəbələ" səddini keçdikdən sonra növbəti mərhələdəki oyunadək Gürcüstan çempionatında da matçınız var. Belə çətin qarşılaşmalara necə köklənəcəksiniz?

- Bu gün fikrimizi tam olaraq, cavab görüşünə köklənmişik. Bizi nə gözlədiyi bəlli deyil. Bu oyunda sonra diqqətimiz tam olaraq, "Lokomotiv"lə qarşılaşmaya yönələcək.

- İlk matçda Georgi Papavanı dəyişməyiniz nə ilə əlaqədar idi?

- Bu, şəxsən baş məşqçinin qərarı idi. Sabahkı matçda isə o, iştirak edə biləcək.

- "Qəbələ"nin oyunçuları ilk matçdakı nəticənin qeyri-məntiqli olduğunu və Tbilisidə daha yaxşı oyun sərgiləyəcəklərini iddia ediblər. Bu, doğrudanmı belədir?

- Əlbəttə, hər bir komanda özünü güclü hesab edir. Rəqibə hörmət edirik, həqiqətən də güclü komandadır. Amma düşünmürəm ki, nəticə qeyri-məntiqli idi. Daha yaxşı oyun göstərmişdik. Sabah isə bu nəticəni daha da yaxşılaşdırmağa çalışacağıq.

- Sabahkı oyunla bağlı azarkeşlərə çağırışınız varmı?

- Bizim hər bir pərəstişkarın dəstəyinə ehtiyacımız var. Komandamızı çətin oyun gözləyir. İstərdik ki, onlar oyuna gəlsinlər və komandamızı dəstəkləsinlər.

- "Saburtalo" "Şerif"lə görüşdən sonra psixoloji qələbə qazandığını düşünürdü, amma cavab görüşündə 2 top buraxdı.

- Hər bir oyun fərqlidir. İlk dəqiqələrdən tam konsentrasiyalı olmalı və sonadək diqqəti matça yönəltməliyik. Çalışmalıyıq ki, qol buraxmayaq. Rəqibin heyətində çox güclü oyunçular çıxış edirlər. Onlar hər fürsətdən yararlanmağa qadirdirlər. "Qəbələ"dəki həmyerlim isə həddən artıq sürətlidir. Digər oyunçular da belədirlər. Yenə deyirəm: Tam konsentrasiya olunmalıyıq.

- Oyunun gedişatında diqqətimizi qaçıran an olmayıb. Sadəcə, ilk 10 dəqiqədə mozambikli oyunçuya diqqətimizi yönəltdik. Sonradan isə komandamız taktiki cəhətdən daha diqqətli oyun sərgilədi və hər hansı fərqlənən futbolçu görmədik.

- Baş məşqçi olmaq istərdiniz?

- Hazırda "Dinamo"nun çox yaxşı baş məşqçisi var. Onun həmkarları da çox yaxşıdırlar. Əsas məsələ məşqçilər arasında anlamın olmasıdır. Hazırda özüm də baş məşqçi təhsili alıram.

- Baş məşqçi Feliks Visente Mirandanın mətbuat konfransında iştirak etməməsi nə ilə əlaqədardır?

- O, mənə media önündə görünmək və çıxış etmək şansı verdi. Sadəcə, səbəb budur (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31