20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Süleymanov Çerçesovla görüşdü

Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov Rusiyada səfərdə olub.

Futbolxeber.az saytının məlumatına görə, Süleymanov "Matç” telekanalının dəvəti ilə Rusiyaya gedib. O, Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçirilən "Arsenal” - "Neftçi” oyunu ilə bağlı fikirlərini bildirib. Verilişdə Andrey Arşavin də iştirak edib.

Süleymanov Rusiya Futbol İttifaqında da olub. O, ittifaqda Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesovla görüşüb. Veteran hücumçu görüş barədə fikirlərini bölüşüb:

"Çerçesovla söhbətdə bir sıra məqamları müzakirə etdik. "Arsenal” - "Neftçi” oyunu ilə bağlı fikirlərimizi bildirdik. Bundan savayı həm Azərbaycan, həm də Rusiya futbolunun hazırkı durumu ilə bağlı müzakirə apardıq. Problemləri sadaladıq, inkişaf yolları, uşaq futbolunun durumu ilə bağlı fikrilərimizi bildirdik.

Hər iki ölkənin futbol ictimaiyyəti arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin yolları barədə düşüncələrimizi bölüşdük. Hesab edirəm ki, Rusiya və Azərbaycanın futbol nümayəndələrinin görüşməsi ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir. Düşünürəm ki, belə görüşlər intensiv olmalıdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30