29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"Qarabağ"la oyunu səbirsizliklə gözləyirik"

"Bu, böyük qələbə idi. Aşkar görünür ki, səfər matçı bizim üçün asan olmadı. İkinci hissənin əvvəlində əla oynadıq. Vacib qələbəyə görə şadam".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Dundalk"ın futbolçusu Patrik Makeleni  İrlandiya çempionatının 27-ci turunda "Sent Patriks"ə qalib gəldikləri (1:0) oyun haqda danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında "Qarabağ"la Bakıda keçiriləcək cavab matçı barədə də danışıb. Ağdam klubu ilə matçın vacibliyini vurğulayan irlandiyalı futbolçu komanda yoldaşlarının görüşə hərtərəfli hazır olduğunu bildirib:

"Əgər "Dundalk"ın üzvüsənsə, yaxşı oyunçu olmalısan. Buna görə də düşünürəm ki, komandamızda hamı eyni səviyyədədir, hamı peşəkardır.

"Qarabağ"la səfər oyunu çətin olacaq. Ancaq bu faktdır ki, biz 2016-cı ildə Çempionlar Liqasının 3-cü mərhələsində oynamışıq. İndiki heyətdən 9 nəfər həmin matçların iştirakçısıdır. Azərkeşlərimizin bizdən gözləntisi böyükdür. Hamımız bu oyunu səbirsizliklə gözləyirik. Ona görə də "Qarabağ"a qarşı ikiqat güc sərf etməliyik".

Xatırladaq ki, "Qarabağ"la "Dundalk"ın cavab oyunu iyulun 31-də "Dalğa Arena"da keçiriləcək. Komandalar  İrlandiyadakı görüşdə 1:1 hesablı heç-heçə etmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31