18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Bordin: “Sevincimiz bu günlük olmalıdır”

“Nəticədən və oyundan razıyıq. Dünən də demişdik ki, matç çətin olacaq və belə də oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Rusiyada "Arsenal"ı 1:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis futbolçuların oyuna yanaşmasından razı qalıb: "Onlar tapşırıqları düzgün yerinə yetirdilər. Pressinq tətbiq etdilər və rəqibə orta xətdə öz oyununu sərgiləməyə imkan vermədilər. Sonradan meydana çıxan futbolçuçardan da razıyam. Onlar tempi saxladılar. Komandamı təbrik edirəm".

- "Neftçi"nin sizin dönəminizdə taktiki cəhətdən ən mükəmməl oyunu oynadığını söyləmək olar?

- Taktika rəqibdən asılı olaraq dəyişir. Bu gün çalışdıq ki, "Arsenal" "1 nömrə" kimi oynaya bilməsin. Ən çox da hücumçular səy göstərdi. Rauf Əliyev rəqibin iki mərkəz müdafiəçisinin arasında çox düzgün oynadı. Cinah hücumçuları da yaxşı oyun nümayiş etdirdilər.

- Komandanızın vəzifənin öhdəsindən neçə faiz gəldiyini düşünürsünüz?

- Məşqçilər korpusu ilə işləyirik. Biz oyunçulara müəyyən məlumat və tapşırıqlar veririk. Bu gün hər şeyi düzgün etdilər. İndi yalnız sevinə bilərik. Ancaq sevincimiz bu günlük olmalıdır. Cavab matçına hazırlaşmalıyıq. Faiz deyə bilmərəm. Faiz söyləməyim çox böyük səhv olardı.

- Dario Federikonun zədəsi ciddidir, yoxsa cavab oyununda komandaya kömək edə biləcək?

- Hər iki ayağında qıcolma vardı. Başqa futbolçularımızda da mikrozədələr var. Bu gün çox yoruldular. İndi onların durumu barədə dəqiq bir söz deyə bilmirəm. Zədələri öncədən təxmin etmək olmur. Bəli, uçuşumuz yubandığı üçün məşq prosesi dəyişdi. Ancaq yol yorğunluğunun zədəyə aiddiyatı yoxdur. Rəqibin cinah oyunçuları çox aktiv oynadılar.

- Növbəti mərhələyə çıxmaq sözü verə bilərsiniz?

- Bayaq da dedim, indi nəsə demək, söz vermək böyük səhv olar. Bakıdan gələn azarkeşlərimizi təbrik edirəm. Bura gəlib bizi dəstəklədikləri üçün sevinirəm.

- Rəqibin heyətində kimi qeyd edə bilərsiniz?

 

- Futbolda kollektiv oyun önəmlidir. "Arsenal" da çox yaxşı komandadır. Kimisə ayrıca qeyd etməyi düzgün saymıram (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30