29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Bordin: "Qol buraxmasaq, yaxşı olar”

“Sabah çox ciddi rəqibə qarşı oynayacağıq. “Arsenal”ın hazırda texniki və fiziki durumları yüksək səviyyədədir. Onların Rusiya Premyer Liqasında son iki oyununu izləmişik. Maraqlı oyun olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Rusiyada "Arsenal"a (Rusiya) qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, Bakı-Moskva təyyarəsində problem yarandığı üçün 6 saat yubanmaları komandaya təsir etməyəcək: "Yorğunluq bu günə təsir edə bilər. Məşqin vaxtını dəyişdik. Yüngül məşqdən sonra hazır olacağıq. Yubanmanın oyuna təsir edəcəyini düşünmürəm".

Bordinin sözlərinə görə, əsas məqsədləri oyuna düzgün yanaşmaqdır: "Qol buraxmasaq, yaxşı olar. Ancaq rəqib çox yaxşı komandadır və əla formadadır. Qapımızı toxunulmaz saxlamaq çətin olacaq. Buradan qələbə ilə də qayıtmaq istərdim. Oyuna düzgün yanaşmağa çalışmalıyıq. Çünki cavab görüşü də var. Öz şanslarımızdan istifadə etməyə çalışacağıq. Matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olub. "Arsenal" ilk dəfədir avrokubokda çıxış edir, stadionda ajiotaj olacaq. Matçın Tulada keçirilməsi meydan sahibləri üçün üstünlükdür. Biz də öz evimizdə üstün durumda olacağıq. "Neftçi" böyük tarixə malik klubdur. Burada gözəl oyun nümayiş etdirmək və sərfəli nəticə qazanmaq istəyirik. Sabah necə olacağını indidən deyə bilmərəm. İlk dəqiqələrdən qol buraxmaq istəmərik. Meydana uyğunlaşmaq və öz futbolumuzu sərgiləməyi düşünürük. Qol buraxsaq da, vəziyyəti dəyişmək üçün düzgün oynamalıyıq. Sabah hava şəraitinin yağışlı olmaq ehtimalına gəlincə, bu, meydançaya təsir edə bilər, taktikaya yox".

Qeyd edək ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31