28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Rəqib daha hazırlıqlı görünür”

“Sabah Avropa Liqasında ilk oyunumuza çıxacağıq. Gürcüstan “Dinamo”su ilə qarşılaşacağıq. Çox ciddi bir rəqibdir. Məsuliyyəti dərk edirik. Sabah evdə keçiriləcək ilk qarşılaşmada yaxşı nəticə qazanmağa çalışacağıq. Baxmayaraq ki, həm rəqib ciddi komandadır, həm də onlarda çempionat davam edir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri sabah Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında Tbilisi “Dinamo”sunu qəbul edəcək “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.

Oyunöncəsi mətbuat konfransında Qurbanov hazırlıq prosesindən də söz açıb: “Biz hazırlıq prosesini yeni başa vurmuşuqsa, rəqib çempionatda mübarizə apardığı üçün daha hazırlıqlı görünür. Biz iki mərhələdə keçən hazırlıqda bacardığımız qədər futbolçuların bu dövr üçün yaxşı forma yığmasına çalışdıq. Meydana çıxacaq futbolçulara inanırıq. Onlar yoxlama oyunlarında istəkli olmaları ilə bizə ümid verdilər. Oyunçularımız bütün bunları sabah meydanda nümayiş etdirməlidirlər”.

Qurbanov Tbilisi təmsilçisinin son oyunları və heyəti barədə də fikirlərini bildirib: “Rəqibin son oyunlarını izləmişik. “Dinamo” ardıcıl qələbələr qazanıb və yaxşı təsir bağışlayıb. Onların oyununu analiz etmişik. Həm müdafiə, həm hücumda səhvsiz oynamalıyıq ki, rəqib istədiyini meydanda nümayiş etdirə bilməsin. Bütünlükdə götürsək, rəqib sürətli komandadır. Hər bir oyunçusu yaxşı keyfiyyətlərə malikdir. Onlar arasında daha çox Levan Şengeliyanı qeyd edərdim”.

Mütəxəssis “Qəbələ”də çıxış edən gürcüstanlı futbolçulara da toxunub: “Davit Volkov və Merab Qiqauri inandığımız oyunçulardır. Komandamızın əsas futbolçularındandır. Merab komandaya yeni qoşulsa da, adaptasiya dövrünü tez arxada qoyub. Volkov isə bu ilin əvvəlindən komandamızın heyətindədir. O, bizimlə titul qazanıb, həm kubok, həm çempionatda da komandaya köməyi dəyib və yaxşı təsir bağışlayıb” (klub saytı)..

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31