29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rus məşqçi: "Neftçi" yaxşı qıcıqlandırıcıdır”

Tula "Arsenal"ının keçmiş baş məşqçisi Sergey Kiryakov Rusiya mətbuatına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah keçiriləcək "Arsenal" - "Neftçi" oyunu haqda danışıb.

- Hazırkı "Arsenal"ı necə dəyərləndirə bilərsiniz? Deyəsən, tulalılar Avropa Liqasında debüt oyununa pis hazırlaşmayıblar...

- Mütəxəssislərin əksəriyyəti bəzi futbolçuların gedişindən sonra "Arsenal"ı heç də ən yaxşı vaxtların gözləmədiyini proqnozlaşdırsa da, görürük ki, "topçular" itkiləri sığortalaya biliblər. Demək olar ki, tulalılar Rusiya çempionatının ilk iki turunda özlərini yaxşı tərəfdən göstərdilər. Bir heç-heçə və bir qələbə Avropa liqası oyunu öncəsi komandada nikbinlik yaradıb.

- Yəni deyirsiniz ki, avrokuboklara vəsiqə qazanan komanda ilə qrupa düşmək üçün mübarizə aparacaq heyət arasında fərq böyük deyil?

- İki rəsmi oyun arasında qlobal müqayisə aparmaq və nəticə çıxarmaq istəməzdim. Ancaq bundan əvvəlki oyunlar göstərdi ki, komanda lider futbolçuların gedişindən sonra çətin vəzifənin öhdəsindən gələ bildi. Mövsümün əvvəli üçün kifayət qədər yaxşı oyun göstərib, vacib xallar qazandılar. Bu isə "Arsenal"ın Avropa Liqasında mərhələni keçməyə hazır olmasından xəbər verir.

- "Neftçi" ilə oyunlarda "Arsenal" üçün əsas təhlükə kimi nəyi görürsünüz?

- Bütün məqamları və arqumentləri birləşdirsək, burda böyük təhlükə görmürəm. Bu, ətrafında böyük ajiotaj olan vacib oyundur. Hətta Tuladakı stadionda anşlaq olacağını proqnozlaşıdırlar. Bu, özünü beynəlxalq arenada göstərmək istəyən komanda üçün önəmlidir. Ona görə də bu mənada hər hansı problem olacağını düşünmürəm. Komanda meydana çıxacaq və mübarizə aparacaq. "Neftçi" yaxşı qıcıqlandırıcıdır. Bu komanda onun üstünlüyündən danışacaq və favorit sayılacaq qədər ciddi səviyyədə deyil. Həmçinin ev amilini də qeyd etməliyəm. “Arsenal” ev oyununda müəyyən üstünlük qazanmalıdır ki, iki matçın yekununda mərhələ adlasın. Düşünürəm ki, "topçular" bunu edəcək.

- Keçmiş futbolçu kimi Azərbaycan komandalarına xas olan oyun komponentlərini deyə bilərsiniz?

- Ənənəvi olaraq bu komandaların heyətində texnikalı futbolçular olur. Onlar rəqib imkan verdikdə, boş qalan ərazidə topla oynamağı sevirlər. Onlara qarşı sıx oynayıb, belə imkan verməyəndə özlərini itirirlər və çox şeyləri alınmır. Məncə, əsas fikir buna yönələcək ki, “Neftçi”nin texnikalı futbolçularına sərbəst oynamaq imkanı verilməsin. Tulalılarda həm pressinq tətbiq etməyə, həm mövqe futbolu göstərmək potensialına malik oyunçular var. Ona görə də rəqibin texnikalı futbolçularının həlledici rol oynaya biləcəyi ilə bağlı təhlükə görmürəm.

- “Neftçi”nin kapitanı Emin Mahmudov deyib ki, onların komandası səviyyəsinə görə Rusiya Premyer Liqasının ikinci “səkkizliy”ində qərarlaşar. Onun “Arsenal”ın Bakı təmsilçisini yüksək qiymətləndirməməsi üçün klubunun potensialını aşağı qələmə verdiyini düşünmürsünüz?

- Sirr deyil ki, belə açıqlamalar rəqibə təsir etmək üçün verilir. Bu belədirmi? Görəcəyik. Mütəxəssislər kimi, siz jurnalistlər də Azərbaycan çempionatını yaxından izləmədiyinizdən “Neftçi”nin səviyyəsini dəyərləndirmək çətindir. Fikrimcə, çempionatlar arasında səviyyə fərqi kifayət qədərdir. Necə olacağını isə oyunda görəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31