25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Neftçi" Rusiyaya 5,5 saatlıq ləngimə ilə yollandı

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Neftçi" "Arsenal"la II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib.

Buna səbəb Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı - Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır. Təyyarə dəyişdiriləcəyi üçün uçuşun saat 11:00-dək yubanacağı bildirilib. Komanda Rusiya paytaxtından "Arsenal"ın təmsil etdiyi Tula şəhərinə avtobusla gedəcək.

Hazırda "Neftçi"nin prezidenti Kamran Quliyev uçuşun tezləşdirilməsi üçün hava limanındakı məsul şəxslərlə danışıq aparır.

***

Son məlumata görə, göyərtəsində "Neftçi" komandasının da yer aldığı Bakı - Moskva təyyarəsi uçuşa başlayıb. AZAL-a məxsus təyyarənin uçuşu 5,5 saatlıq ləngimədən sonra gerçəkləşib.  

Qeyd edək ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək (Report).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30