20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Samir Abasov: “Futbolçulardan istədiklərimi tam ala bilməsəm də...”

"Ankarada birinci oyunumuz idi. Yoxlama görüşlərində hesab elə də vacib deyil. Düzdür, futbolçulardan istədiklərimi tam ala bilməsəm də, ən azı "Zirə"nin oyun üslübuna yaxınlaşmaq lazım idi. Bakıdakı qarşılaşmalardan fərqli Türkiyədəki görüşlərdə bu məqsədi güdürdük. Bilmək istəyirdim ki, futbolçular həm hücumda, həm də müdafiədə nələr edəcək".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Türkiyədə "Konkordiya" (Rumıniya) ilə yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. Matçla bağlı fikirlərini bildirən mütəxəssis qolsuz heç-heçəni şərh edib:

"Yaxşı imkanlarımız oldu, bəzən pis də çıxış etdik. Amma bu, bizi narahat etmir. Futbolçuları başa düşürəm, komanda ilk məşqlərdən sonra meydana yorğun halda çıxmışdı. Komandaya gec qoşulan Anastasios Papazoğlu, Soni Norde və Miloş Bakraç tam hazır deyil. Onlar da yavaş-yavaş bu oyunlarda formaya düşəcək. Xoş hal o oldu ki, gənc komandalarımızdan da bir neçə futbolçu bizimlədir. Bu gün də onlardan ikisi meydana çıxdı. 16 yaşı olmağına baxmayaraq, Cəlal Hüseynov yaxşı təsir bağışladı. Həmçinin Kənan Cəfərov da pis təsir bağışlamadı. Tam gücümüzlə hazırlaşırıq, qarşıda daha 3 yoxlama oyunumuz var. Ümid edirəm ki, Premyer Liqanın startına kimi hər şey daha da yaxşı olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30