20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Matç zamanı "Qarabağ"ı da yaxşı tanıyacağıq"

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Dandolk"un futbolçusu Şon Qennon açıqlama verib.
 
Futbolxeber.az saytının Irish Mirror-a istinadən verdiyi məlumata görə, 27 yaşlı sağ cinah müdafiəçisi "Qarabağ" barədə danışıb. İrlandiyalı futbolçu komandasının qələbəsinə inandığını deyib:
 
"Qarabağ" yaxşı komandadır. Avropadakı rekordları özləri barədə hər şeyi deyir. Qrup mərhələlərində mütəmadi çıxış edən klubdur. Lakin biz də yaxşı komandayıq. Daha əvvəl böyük klubları məğlub etmişik. Heç bir şeydən çəkinmirik, qazanan tərəf biz olacağıq. Klubumuzun mentaliteti budur, Avropada irəli getmək istəyirik. Matça çox yaxşı hazırlaşacağıq. Matç zamanı "Qarabağ"ı da yaxşı tanıyacağıq. Oyun planı üçün zamanımız var. Məşqlərdəki ikitərəfli oyunlarımızı izləsəz, hər iki 11-liyin eyni səviyyədə olduğunu görəcəksiniz, zarafat etmirəm, liqa oyunu kimidir. Yeni futbolçularla da rəqabət artıb. Hər mövqeydə 2-3 futbolçu var. Avropada irəliləsək, çempionatın səviyyəsi artsa, biz də güclü olacağıq".
 
"Dandolk" - "Qarabağ" matçı iyulun 24-ü, Bakı vaxtı ilə 22:45-də start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30