26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" - "Dinamo": açıq məşq və mətbuat konfranslarının vaxtı açıqlandı

İyulun 25-də UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını qəbul edəcək.
 
Futbolxeber.az saytının klubun saytına istinadən verdiyi məlumata görə, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Dinamo” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - iyulun 24-də saat 18:30-da arenanın media zalında start götürəcək.
 
İlk olaraq jurnalistlərin önünə “Dinamo”nun baş məşqçisi çıxacaq. Saat 19:30-da isə “Qəbələ”nin məşqçisi Sənan Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq. Komandaların oyun öncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qırmızı-qaralar” saat 20:00-da, qonaqlar isə 19:00-da məşqə çıxacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30