25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi” “Arsenal”ı keçsə, “Trabzonspor” Bakıya gələ bilər

"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, "ağ-qaralar" 2-ci təsnifat mərhələsində Tula "Arsenal"ını mübarizədən kənarlaşdırsa, növbəti raundda “səpələnmişlər” səbətində yer alacaq.

Bu isə o deməkdir ki, Bakı klubu iyulun 22-də keçiriləcək püşkatmada reytinqi nisbətən aşağı olan komandalardan biri ilə qarşılaşacaq.

"Neftçi"nin mümkün rəqibləri arasında "Trabzonspor" və 1-ci təsnifat mərhələsində "Səbail"i mübarizədən kənarlaşdıran "Universitatya" kimi klublar da var.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi

“Səpələnmişlər”

"Sparta" (Praqa, Çexiya)

"Espanyol" (İspaniya) - "Styarnan" (İslandiya) cütünün qalibi

"Domjale" (Sloveniya) - "Malmö" (İsveç) cütünün qalibi

AEK (Yunanıstan)

"Buduçnost" (Monteneqro) - "Zarya" (Ukrayna) cütünün qalibi

"Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan) cütünün qalibi

“Səpələnməmişlər”

"Trabzonspor" (Tükiyə)

"Utrext" (Hollandiya) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

ÇSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya) cütünün qalibi

"Lyutsern" (İsveçrə) - "Kİ Klaksvik" (Farer adaları) cütünün qalibi

"Bney Yehuda" (Tel-Əviv, İsrail)

"Honved" (Macarıstan) - "Universitatya" (Krayova, Rumıniya) cütünün qalibi

Qeyd edək ki, "Neftçi" ilə "Arsenal" arasında ilk iyulun 25-də Tulada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab matçı isə 1 həftə sonra "Bakcell Arena"da olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30