18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

UEFA "Qəbələ" - “Dinamo” oyununa hakim təyinatlarını açıqladı

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ" ilə Tbilisi "Dinamo"su arasında keçiriləcək ilk oyuna hakim təyinatları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, Qəbələdə oynanılacaq matç Şotlandiya Futbol Federasiyasından olan referilərə həvalə olunub.

Görüşün baş hakimi Nikolas Uolş olacaq. Ona Alan Mulvanni və Cordon Stoko köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Qavin Dunkan yerinə yetirəcək.

UEFA nümayəndəsi Hay Hoetals (Belçika), hakim-inspektor isə Mixalis Mitas (Kipr) olacaq.

Qeyd edək ki, iyulun 25-də Qəbələdə keçiriləcək "Qəbələ" - "Dinamo" oyunu yerli vaxtla saat 19:00-da başlayacaq. Komandalar arasında cavab görüşü bir həftə sonra Tbilisidə olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30